Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
”Azəriqaz”sədri Ruslan Əliyev önləyici tədbir olaraq qrumun Şimal Regional İdarəsinin rəhbəri olan Hüseyn Şironovu vəzifədən azad edilib
Tarix: 23-11-2022 | Saat: 10:44
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / İqtisadiyyat / Özünü Tanıd / Gündəm / Hadisə / Araşdırma / Aktual | çapa göndər

Daha doğrusu 1 milyon 650 min manatlıq saxtakarlığa yol verən bu şəxs qrumun başqa bir idarəetmə postuna təyin edilib.

Eyni vaxtda Ruslan Əliyev Şimal Regional Qİİ-nin Xaçmaz və Quba rayonları üzrə ərazi şöbələrinin rəislərini də vəzifədən azad edərək başqa bir posta təyin edib.

Bələliklə bu göz aldadıcı yerdəyişmələrlə Ruslan Əliyev 1 milyon 650 min manatlıq oğurluq əməliyyatına yol verən şəxslərə cəzalandırılmış bir don geyindirib. Amma bu əməliyyatı həyata keçirən heç bir şəxs işsiz və vəzifəsiz qalmayıb.

Maraqlıdır, yaşayış olmayan ərazidəki mənzillərin abonent kodlarına bu qədər kütləvi sərfiyyat yazaraq daha sonra həmin vəsaiti əhali sektorunun boynuna deputor borc kimi yazmaq “Azəriqaz”da adi və sıradan bir nöqsan sayılır?

Yoxsa daha sərt tədbirlər görmək üçün və ən başlıcası bu saxtakarlıq barədə dövlətin hüquq mühafizə orqanlarına məlumat verib həmin saxtakarlığı törətmiş şəxsləri cinayət məsuliyyətinə cəlb etmək üçün Ruslan Əliyevin qarşısını nə kəsib?

Bəlkə rəqəm balaca olub?

Niyə bu barədə vəzifə öhdəlikləri gərəyi baş prokurorluğa və yaxud DTX-nə məlumat verilməyib?

Qeyd edək ki, həmin “LAGİSTİK” mərkəz tanınmış yahudi əsilli iş adamı Qod Nisanov tərəfindən inşa edilir.

KanalS.az



Xəbəri paylaş

4218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___