Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İcra başçısı Mənsur Məmmədov barədə qanunu tədbirlər görülsün-Kənd Sakinləri
Tarix: 13-11-2022 | Saat: 04:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / İqtisadiyyat / Gündəm / Hadisə / Aktual | çapa göndər

 

Ucar rayonu Alpout kənd sakinləri tərəfindən  "Xeberaz.Az" -A göndərilən   ŞİKAYƏT məktubunu olduğu kimi təqdim edirik.
  Bu şikayətimizdə yazıb Sizə  bildiririk ki, Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov ümumi istifadədə olan örüş yerini qanunsuz olaraq əkdirməklə kənd sakinlərinə ciddi ziyanlar vurmuşdur.Belə ki, biz Ucar rayonu Alpout kənd sakinləriyik.Əsas məşğuliyətimiz əkinçilik və heyvandarlıqdır.Ancaq ümumi istifadədə olan örüş yerlərimizdə qanunsuz olaraq əkin işləri aparılmışdır.Alpout kəndində bəy yeri deyilən ərazidə 24 hektar örüş yerində  icra başçısı Mənsur Məmmədov qanunsuz olaraq əkin işləri aparmışdır.Hansı ki, həmin 24 hektar torpaq sahəsinin təyinatı örüşdür. Kənd sakinləri  həmişə orada iri və xırdabuynuzlu heyvanlarını otarıblar. Talançılıq yolu ilə milyonlara sahib olmuş Mənsur Məmmədovun gözü doymaq bilmir.Ucar və Göyçay rayonlarında yüzlərlə hektar torpaq sahələrini qanunsuz ələ keçirən icra başçısı kənd sakinlərinə qənim kəsilib.İndi biz kənd sakinləri heyvanlarımızı otarmağa yer tapmırıq.Həttda məlumat almışıq ki, Mənsur Məmmədov Göyçay rayonunda icra başçısı vəzifəsində işləyən zaman həmin rayonun Çərəkə kəndində 60 hektar örüş torpaqğını qanunsuz qazdırraraq balıq yetişdirmə gölü yaratmışdır.İcra başçısı Mənsur Məmmədova məxsus olan balıq gölünün biri isə Göyçay rayonunun Müskürlü kəndində yerləşir. İcra başçısı Mənsur Məmmədovun bütün kənd təsərrüfatı işlərini Ucar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Səfərov aparır.Rəhman Səfərov və icra hakimiyyətinin Araz adlı əməkdaşı hər səhər işə gəlmək əvəzinə icra başçısına məxsus fermalara, əkin sahəlirənə gedirlər.Örüş torpağının əkin təyinatlı edilməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır.Belə bir qərar olmadan bələdiyə və ya mülkiyyətçi ilə müqavilə bağlanılmadan torpaqdan qanunsuz istifadə etmə cinayət əməli hesab edilir.Belə bir qanunsuz işi vəzifəli şəxs görərsə həmdə vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti hesab olunur. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb çox-çox xahiş edirik şikayətimiz yerində obyektiv yoxlama aparılmaqla araşdırılıb cinayət törətmiş icra başçısı Mənsur Məmmədov barədə qanunu tədbirlər görülsün.

 İsmayılov Kamran Etibar oğlu
Əlaqə telefonu; 051 456-45-09
Cəlilov Samir Əmir oğlu
 Əliyev Fərhad Mövsüm oğlu
Məmmədov Bəhruz Mahir oğlu
Abbasov Mirzə Səhrab oğlu
 Əliyev Kamil Nüsrət oğlu 


Xəbəri paylaş

3328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___