Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Haqqı ödənilməyən ucalıq"
Tarix: 06-10-2022 | Saat: 17:47
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Təbriklər | çapa göndər

Müqəddəs kitabımız Qurani-Kərimin ilk nidası "OXU" kəlamı ilə başlayır . Oxumağı öyrədən hər kəssə Allahın seçilmiş qullarından sayılır. Məhz bu səbəblə də alimin bir damla mürəkkəbi şəhidin qanından daha üstün hesab edilib.

Ölkəmizdə "Müəllim günü" qeyd olunan bir ərəfədə ömrünün 55 ilini elm və təhsilə həsr etmiş  "ƏMƏKDAR MÜƏLLİM" adına layiq görülmüş "TƏRƏQQİ" medalı ilə təltif olunmuş Asəfli Elmira Qafar qızını  yad etməmək olmaz. 

Elmira müəllimə  1967-ci ildən,  gənc qız ikən Quba rayon Pionerlər Evində əmək fəaliyyətinə başlayıb. Müəllim peşəsinə və öyrətmək istəyinə olan tutuquşu gənc Elmiranın müəllimə olmaq arzusunu günü-gündən sərhədsiz edirdi. Arzularının ardından gedən Elmira 1970-ci ildə  o dövr V.İ.Leninin adını daşıyan Azərbaycan Pedaqoji İnstitutuna daxil olur.  18 yasında pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətini artıq ixtisaslı Elmira müəllimə və iki aydan sonra, yəni 1976-cı ildən Quba rayon Pionerlər Evinin direktoru vəzifəsinə layiq görülür. Bacarıqlarına görə daima diqqət mərkəzində olan Elmira müəllimə o dövr üçün yüksək əhəmiyyət kəsb edən SSRİ Maarif-Təhsil nazirliyinin fəxri-fərmanları və "Əlacı"pioner titulları ilə mükafatlandırılır. 

Təşkilatçılıq qabiliyyəti sayəsində dövrün Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının XXVII qurultayında Azərbaycanı təmsil edən yeganə nümayəndə olaraq  seçilib. 

Öz peşəsi ilə yanaşı içtimai işlərdə də fəal  olan Elmira xanım Quba rayon 4 saylı seçki məntəqəsinin sədri  və üzvü'  15 il Quba rayon Qadınlar şurasının sədri, "Xalq nəzarəti" komitəsinin heyyət üzvü, Həyat təcrübəsində "Azyaşlılar" komitəsinin buro üzvü kimi mühüm vəzifələrin öhdəsindən də bacarıqla gəlib. 

Azərbaycan Qadınlar Qurultayına dəfələrlə nümayəndə secilməklə yaşadığı bolfə uzrə qadın problemlərinə diqqəti artırmağa və təcrübəsini həmkarları ilə bölüşməyə müvəffəq olub.

90-ci illərdə dəyişən ictimai-siyasi formasından sonra müstəqillik əldə edən Azərbaycanda yeni idarəçilik  formalaşmağa basladı. 

Elmira müəllimənin bilik və bacarıqları ilə müqaisə oluna bilməyəcək namizədlərin olmaması səbəbilə dövlət Quba gənclərinin təlim-tərbiyyəsini və mənəvi inkişafını Elmira müəlliməyə etibar etdi. Təkrar olaraq Elmira Qafar qızı Asəfli Quba rayon Usaq-Gənclər İnkişaf Mərkəzinin direktoru vəzifəsinə layiq görüldü. Artıq müstəqil Azərbaycanın müstəqil gənclərini yetişdirmək müəllim və pedaqoqlardan  böyük  səy və bacariq tələb edirdi. Hər dövrdə yüksək peşəkarlığı ilə öndə olan Elmira müəllimə  Quba Uşaq və Gənclər İnkişaf  Mərkəzini ölkə miqyasında tanıtdırmağa nail oldu. 

Azərbaycan Muəllimlərinin XI-XII qurultayına nümayəndə olaraq seçilmişdir. 

Elmira müəllimənin həyatı və əmək fəaliyyəti istər sovet dövründə, istərsə də müstəqillik dövründə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Hər bir dövrdə pedaqoji bilik və bacarıqları yüksək qiymətləndirilən Elmira xanım məktəbdənkənar müəssisələr arasında  ilk  olaraq fəxri ada layiq görülülənkərdəndir. 

Ölkə rəhbəri onu şərəfli ömür yoluna mükafat olaraq "TƏRƏQQİ" medalı ilə təltif etməsi, "ƏMƏKDAR MÜƏLLİM" adına layiq görməsi  əməyinə verdiyi dəyərin təzahürüdür. 

Elmira müəllimənin bitməyən həyat enerjisi hər zaman onu ilklər sırasında edir. 

2016-ci ildə onun təşəbbüsü  ilə Təhsil və Mədəniyyət və Turizm narirliyinin dəstəyi sayəsində ilk dəfə olaraq Azərbaycanda "Alovlu Qafqaz" uşaq rəqs festivalı keçirməyə müvəffəq oldu. O gündən  hər il festivala Qafqaz xalqlarının uşaq rəqs qrupları ilə yanaşı, Türkiyə, Latviya, İran, Şimali Osetiya, Cecenistan və.s  rəqc qrupları iştirak edirlər. Fərəhli hal ondan ibarətdir ki,  artıq ənənə halını almis festival Quba rayon Uşaq və Gənclər İnkişaf Mərkəzində gerçəkləşir. 

Elmira müəllimənin bacarıqları heç də canlı insan yetişdirib, həyata qazandirmaqla sinirli qalmır. Onun cansız əşyalara verdiyi nəfəs sayəsində dəyərli əl işləri "həyat qazanır". Onun düyülərlə hazırladığı əl isi Quba rayonuna səfər edən İlham Əliyev cənablarının  diqqətini çəkən əsərlər sırasında yer alır. 

2016-cı ildə Elmira müəllimənin şəxsi təşəbbüsü sayəsində Azərbaycan Respublikası Elm və Təhsil  və Mədəniyyət, Turizm Gənclər nazirliklərinin dəstəyi ilə "Alovlu Qafqaz" uşaq rəqs festivalının Quba rayon Uşaq və Gənclər İnkişaf Mərkəzində gerçəkləşməsinə bail oldu. Fərəhli hal ondan ibarətdir ki, artıq bu bir ənənə şəkilini alıb. Hər il festivala Türkiyə,  Latviya, İran, Şimali Osetiya, Cecenistan və s kimi ölkələrin uşaq rəqs qrupları qatılır.

Biz Elmira müəllimə barəsində nə qədər yazsaq və ya danışsaq belə, onun 55 illik müəllim ömrünün kiçik  bir epizodun əks etdirə bilərik. Yaşadığı və ömrünü həsr etdiyi bunca uzun illər içərisində neçə-neçə insan yetişdirən müdrik qadın ömrünün "üçüncü baharına" qədəm qoyub. 

Deyirlər insan yaşa dolduqca kövrəkləsir. Bu gün minlərcə pesə sahiblərinin cəmiyyətə qazandırılmasında rolu və xidmətləri əvəzsiz olan müəlliməyə biz hansı xidməti edə bilərik ki, qarşılığı olsun?

Təbii ki, müəllim valideyin kimi əməyinin qarşılığı ödənilməyən müqəddəslərdəndir.

21 dekabr 2022-ci il tarixində Elmira müəllimə növbəti yaşına qədəm qoyur. Biz ümidvarıq ki, onun 55 il  ikinci evi olmuş Quba rayon Uşaq  Gənclər İnkişaf Mərkəzi və Quba rayon İcra Hakimiyyəti  yüksək səviyyədə yad edəcəklər. Eləcə də onu sevənləri .

Biz isə öz növbəmizdə bir daha onu qeyd etmək istərdik ki, dəyərli Elmira müəllimə və bütün müəllimlərimiz.

 PƏŞƏ BAYRAMINIZ MÜBARƏK!

Tərifə Maqsudova




4758 dəfə oxunub.

Digər xəbərlər
6-04-2016, 13:18 Masallıda ZƏLZƏLƏ

07-12-2022
bütün xəbərlər
____ Instagram ___