Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SİYƏZƏNİN İCRA BAŞÇISININ 20 MİN MANATLIQ QALMAQALI- PREZİDENTƏ MÜRACİƏT- VİDEO
Tarix: 22-07-2022 | Saat: 21:31
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

Firəddin Hacıyev: “Novruz Novruzov Goranboyun icra başçısı olarkən məndən nəvəmi işlə təmin etmək üçün 20 min manat pul aldı, amma nə işi düzəldir, nə də pulumu qaytarır...”

 Goranboy rayon sakini, uzun illər dövlət qulluqçusu kimi vacib vəzifələr tutmuş Firəddin Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə və surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı şikayət ərizəsinin bir surətini də redaksiyamıza göndərib. O, şikayət ərizəsində hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan, az əvvəl Goranboyun və Şabranın İH başçısı işləmiş Novruz Novruzovun onun nəvəsini işlə təmin etmək adı ilə 20 min manat pul aldığını, lakin vəd etdiyi işi həll elmədiyini, bu günədək də aldığı pulu qaytarmadığını yazır.


Məsələnin ciddiliyini nəzərə alıb F.Hacıyevlə telefon əlaqəsi saxladıq. O, şikayət ərizəsində yazdığı faktlara başı ilə cavabdeh olduğunu bildirərək əməkdaşlarımızı Goranboya dəvət edib  geniş videomüsahibə vermək istədiyini bildirdi.

***

…Goranboyda olarkən məlum oldu ki, adı çəkilən pulun verilməsinin şahidi də var və o, uzun illər polis orqanlarında çalışmış Cəfərov Uğur Əhməd oğludur. O da bu barədə danışmaq istədiyini bildirdi və əməkdaşlarımızın iştirakı ilə hər ikisindən geniş sual-cavablı videomüsahibə götürdük. Təqdim ediləcək.

***

Onu da deyək ki, videomüsahibədə pulun verilməsi ilə bağlı zərərçəkmiş Firəddin Əsgərovun şikayətini bir neçə ay əvvələdək araşdırmalı olmuş Xocalı rayon prokuroru (elə bu şikayəti araşdırmaq əvəzinə «Prokuorluq haqqında» Qanunun tələblərini kobud surətdə pozmuş, bu qanunsuz hərəkətlərə yol verdiyinə görə Daşkəsən rayonuna prokuror təyin edilmiş) Şahin İmanovun da adı çəkilir. KİV olaraq qarşı tərəflərin mövqeyini öyrənməyə çalışdıq. Əvvəlcə Siyəzən RİH-nin elektron poçtuna adı çəkilən şikayəti və videomüsahibənin mətnini göndərdik. RİH başçısı Novruz Novruzovdan xahiş etdik ki, məsələyə dair mövqeyini bildirsin. Qarşı tərəfdən cavab gəlmədi.

 Siyəzən RİH-nin rəsmi saytındakı iş telefonlarına ardıcıl olaraq (bütün müavinlərin və şöbə müdirlərinin) zəng etsək də cavab verən olmadı. Məcbur olub başqa kanallarla Novruz Novruzovun, müavini Aqşin Ağayevin, digər müavin Təhminə Bəxtiyarovanın, Balabəy Balabəyovun, Xəqani Bəşirovun… mobil və dəqiq iş telefonlarını öyrəndik. Yalnız Aqşin Ağayev və Xəqani Bəşirovla danışa bildik. Onlara məsələni danışdıq, söz verdilər ki, icra başçısı Novruz Novruzova məlumat veriləcək.

Nəhayət, təxminən on günlük yazışma və zəngləşmələrdən sonra Siyəzən RİH-dən redaksiyanın elektron poçtuna iki cümləlik elektron məktub daxil oldu Siyəzən Rayon İcra Hakimiyyətinin adından (başçının adından yox) yazılmış elektron məktubda vətəndaşın şikayətinin Xocalı rayon Prokurorluğunda araşdırılığı və ətraflı məlumat öyrənmək üçün Xocalı rayon Prokurorluğuna müraciət etməyinizi məsləhət görürlər.

Biz də vaxtilə Xocalı rayon prokuroru işləmiş (atası Ədliyyə Nazirliyində məsul vəzifə tutur) və şikayətçini qəbul edərkən «Başçı mənim dostumdur, ondan nə istəyirsən???» deyə onu təhdid etmiş, Baş Prokurorluğa edilən şikayətlərdən sonra Daşkəsənə prokuror göndərilmiş Şahin İmanovla əlaqə saxlayıb məsələyə bir az da ətraflı aydınlıq gətirməkdəyik…


(Davamı var)





Xəbəri paylaş

1 2448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___