Azərbaycanda maska cəriməsi yenidən qayıdır? - AÇIQLAMA
Tarix: 18-07-2022 | Saat: 14:24
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə | çapa göndər
"Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur".
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artmaqdadır:
"ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir. Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir".
Bildirilib ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır:
"Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər. Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik".
Qeyd edək ki, tibbi maskaların yenidən tətbiqi barədə tövsiyələr əhali tərəfindən birmənalı qarşılanmır.
Bu gün vətəndaşları düşündürən odur ki, yenidən karantin qaydaları, o cümlədən tibbi maskadan istifadə cəzaların yenidən tətbiqinə şərait yaradacaqmı? Başa sözlə, maska cərməsi də qayıdır? Dia.az-ın məlumatına görə, millət vəkili Aqil Abbas Cebhe.info-ya bildirdi ki, cəzalara ehtiyac yoxdur, ancaq qayıda da bilər:
“İstəməzdim cəza tətbiq olunsun. Hazırkı tövsiyə başqadır, əgər Operativ Qərargah qərar çıxararsa, o zaman başqa. Ancaq mən qətiyyən istəməzdim ki, maskaya, karantinə yenidən qayıdaq”.
Xatırladaq ki, Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat məbləğində cərimə edilir.
Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir.
Xəbəri paylaş
8768 dəfə oxunub.
Digər xəbərlər

11-09-2017, 16:37
Qum Saatı 2-ci mövsümdə-Anons
5-08-2017, 15:11
Səcdəyə getdi və başını bir daha qaldırmadı - Namazda öldü - VİDEO
7-05-2016, 11:32
Bu müəllimlər iş yerini imtahansız dəyişə bilər
9-06-2016, 15:30
Kreml öz generalını İrana göndərdi
12-07-2015, 16:46
Sabah bu bankın plastik kartları işləməyəcək
15-08-2017, 16:07
“Ya Burak Özçivit, ya da Çağatay Ulusoy...” – GƏNCLƏR ÖZLƏRİNİ NİYƏ ULDUZLARA BƏNZƏDİR?
11-06-2021, 11:25
Kameralarla sürücüləri cərimələmək qanunsuzdur - Ekspert - VİDEO
17-07-2022, 06:44
QADINI AZYAŞLI OĞLUNUN YANINDIA TƏHQİR EDƏN ŞƏXSLƏ BAĞLI NAZİRLİYƏ MÜRACİƏT OLUNDU
1-07-2019, 00:37
Hitlerə ağır diaqnoz qoyan yəhudi həkimin ACI TALEYİ
4-07-2016, 17:35
Oqtay Əliyevin (Ərgünəş) anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi münasibəti ilə tədbir keçirildi