Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nizami rayonunda yenə su yoxdur. 16 aydır başsız qalan Azərsuda nə oyunlar gedir?
Tarix: 25-06-2022 | Saat: 11:50
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / M2 | çapa göndər

!



Bu gün Gecə saatlarından, Nizami rayon Nəsimi Küçə ünvanlarında içməli su kəsilmiş, Azərsu ASC nin aidiyyatı rayon üzrə Su- kanal idarəsi ilə əlaqə nömrəsini, (012 )511 74 63 Google axtarış sistem şəbəkəsinə yerləşdirsələr də, bu nömrəylə əlaqə saxladıq, nömrədən isə Operator bidirir ki, sizin yığdığınız nömrə mövcud deyildir.

Ay Azərsu, 2021ci ilin fevralın 1dən içməli suyun və kanalizasiya xidmət haqlarının tarif qiyməti düz iki dəfə qaldırıldı, bəs xidmət?

Axı siz Bu artımdan dərhal sonra presskonfrans keçirərkən bildirdiniz ki, bu qiymətartımı, Xidmət səviyyəsinin keyfiyyətinin ölçülməsi məqsədilə həyata keçirildi.

Bəs hanı o dediyiniz xidmət? Yayın qızmar günündə suya böyük ehtiyac duyulduğu bir zamanda bağlanmış abonent müqaviləsini niyə və nə haqla pozursunuz? 

Elan da verməmisiniz öncədən ki, sabah bu ərazilərdə su olmayacaq!

Vəyaxud da Mövcud iri diametrli istismar su xətlərində probleminiz belə yaranmışsa, bu il yarım zaman aralığında o zaman , təmirə , dəyişdirilməyə ehtiyacı olan hissələrini niyə saz vəziyyətə gətirmədiniz?

Belə çıxır ki, köhnə xətlərin yenisi ilə dəyişdirilməsinə ayrılmış xərclər cədvəlində maliyyə fırıldağına yol verirsiniz ki, bu da sözün əsl mənasında Korrupsiya cinayətidir ki, hər il dövlət büdcəsindən Dekabr ayında ASC -lərə yardım məqsədilə ayrılan milyon manatlarla olan dövlət vəsaitini də necə gəldi dağıdırsınız ! Hələ 3milyon abonentə hər ay satılan suyun hər 1kub metrindən gələn ikiqat artımla olan milyonları demirəm!

Artıq 16 aydır ki başsız qalan AZƏRSU ASC ,görünür hələ bir neçə aylar da bu qurumda min hoqqadan çıxacaq? 


Xəyyam Qurbanlı.



Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___