Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SON DƏQİQƏ: Ruslan İzzətli yaratdığı "D-18" hərəkatından QOVULDU!
Tarix: 15-06-2022 | Saat: 10:19
Bölmə:Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə | çapa göndər


Bir neçə gün önce “D-18” hərəkatının keçmiş sədri Ruslan İzzətli hərəkatın idarə heyətinin yekun qərarı ilə “D-18”-dən qovulub.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən hərəkat üzvü bildirib.

R.İzzətlinin hərəkatdan qovulmasının səbəbi isə maraqla qarşılanıb. Belə ki, iddiaya görə, İzzətli hərəkatın qız üzvlərinə qarşı nalayiq hərəkətlər edib, evli olmasına baxmayaraq gənc qızlara münasibət təklif edib.

Qeyd edək ki, 3 il öncə Ruslan İzzətlinin hərəkata sədrlik etdiyi dövrdə bir qadın üzv qurumdan istefa vermişdi. Həmin üzv sədrin ona sataşdığını, sevgili olmağı təklif etdiyini vurğulamışdı.

Hərəkatda qadınlara düşkün bir üzvün olması əsas prinsipi zorakılığa qətiyyətlə yox deyən və öz fəaliyyətində qeyri – zorakı mübarizə aparan “D-18”-in nüfuzuna da xələl gətirən vacib arqumentdir.

Xatırladaq ki, “D-18” hərəkatı 2013-cü ilin martın 18-dən fəaliyyət göstərməyə başlayıb. İlk sədri Ruslan İzzətli olub. 2021-ci ilin sentyabrın 18-də “D-18” hərəkatının qurultayı keçirilib. Qurultayda yeni sədr Əhməd Məmmədli seçilib. Ruslan İzzətli isə sıravi üzv kimi fəaliyyətinə davam edirdi.

AZƏRBAYCANREALLIĞI.COM   



Xəbəri paylaş

9198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___