Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ŞƏMKİRDƏ QƏTLƏ YETİRİLƏN ARZU CABBAROVLA BAĞLI YENİ FAKTLAR ÜZƏ ÇIXIR
Tarix: 13-06-2022 | Saat: 15:29
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

07.05.2022-ci il tarixdə Şəmkir rayon Polis Şöbəsinin bir qrup polis əməkdaşlarının özbaşına və  zorakı hərəkətləri nəticəsində həyatını itirmişdir İddiası ilə mərhumun həyat yoldaşı Zəminə Əhmədova  Ölkə başçısına və aidiyyatı orqanlara müraciət etmişdir.  

Bununla bağlı Şəmkir rayon Prokurorluğunda mərhum Cabbarov Arzu Sultənəli oğlunun ölüm faktı üzrə  AR. CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanmışdır.

Baş vermiş hadisədə adı hələki hallanmayan qadın bəs kimdir? 

Mərhum Arzu Cabbarovu o qadının evində telefon vasitəsi ilə video görüntüsün çəkən kimdir və nə məqsədlə video görüntünü çəkmişdir?

Mərhum Arzu Cabbarovla bağlı hər-hansı bir şikayət var idisə niyə öncə DİN-nin 102 qaynar xəttinə məlumat verilməmişdir?

Qaranlıqlı qalan məsələlər üzrə araşdırmalar gedir.

Onuda xatırladaq ki, 07.06.2022-ci il tarixdə  Baş Prokuror cənab Kamran Əliyev vətəndaşların  çox saylı şikayətləri ilə əlaqəli olaraq  Şəmkir rayonuna baş çəkir. 

Şikayətçilər sırasında yer alan mərhum Arzu Cabbarovun həyat yoldaşı Zəminə Əhmədova qətli ilə bağlı bir başa cənab Kamran Əliyevə müraciət edərək həyat yoldaşının günahsız yerə öldürüldüyünü bildirir. 

Məsələnin araşdırılması və ədalətli qərarın verilməsini Baş Prokuror  öz öhdəsinə götürdüyünü mərhumun həyat yoldaşına bildirir. 

Ümid edirik ki, yaxın günlərdə Ölkə başçısının etimadını qazanan qurum rəhbərləri ədalətli qərar verərək.

 Baş vermiş hadisədə mərhumun ölümünə səbəb olan an şəxslər cəzasın tapacaq...

DAHA ƏTRAFLI MƏLUMAT ÜÇÜN AŞAĞIDA QEYD EDİLƏNLƏRİ OXUYA VİLƏRSİNİZ.👇


Şəmkir sakini Əhmədova Zəminə İslam qızı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya şikayət edib.

"Xeberaz.Az"-ın elektron poçtuna göndərilən müraciətdə Zəminə Əhmədova həyat yoldaşının polis tərəfindən öldürülməsinə dair iddiaların araşdırılmadığını yazıb.

Vətəndaşın həmin müraciətini olduğu kimi dərc edirik:

 


Hörmətli
, Cənab Prezident İlham Əliyev,

Hörmətli, I-ci Vitse-Prezident Xanım Mehriban Əliyeva

Hazırki Müraciətimlə ailəmizin son ümidi kimi Sizə üz tutaraqSizdən kömək diləyirəm. Bildirirəm ki, mərhum ərim 1968-ci il təvəllüdlü Cabbarov Arzu Sultanəli oğlu Şəmkir rayon Polis Şöbəsinin bir qrup polis əməkdaşlarının özbaşına və  zorakı hərəkətləri nəticəsində 07.05.2022-ci il tarixdə həyatını itirmişdir.Həmin polis əməkdaşları isə hazırda azadlıqda gəzirlər.

Bununla bağlı Şəmkir rayon Prokurorluğunda mərhum ərim Cabbarov Arzu Sultənəli oğlunun ölüm faktı üzrə  AR. CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanmışdır.

Həmin hadisədən dolayı mənə məlum olan bəzi danılmaz faktlar, onu deməyə əsas verir ki, ərim Arzu Cabbarov özünə qəsd etməmişdir. Bu hadisə onun iradəsinə zidd olaraq törədilmiş və o, kənar zorakı müdaxilə nəticəsində qətlə yetirilmişdir.

Bunu deməyə əsas kimi, ərimin 07.05.2022-ci il tarixdə xəsarət aldıqdan sonra xəstəxanaya aparılarkən yaralı vəziyyətdə işçisi Həsənli Aqil Habil oğluna telefonda “Vats ap” proqram vasitəsilə səs mesajı göndərməsi olmuşdur. Belə ki, həmin səs yazısında ərim, Aqil adlı həmin şəxsə səs göndərərək “Aqil məni doğrayıblar, özünü xəstəxanaya çatdır, damarımı kəsiblər tez özünü çatdır “ sözlərini demişdir.(səs yazısı və xəsarət ilə bağlı fotoşəkillər istintaqa tərəfimizdən ərizə ilə təqdim olunmuşdur).

Bu sözlərdən açıq şəkildə məlum olur ki, ərim son nəfəsində ölüm ayağında ikən, ona qarşı qəsd edilməsi faktını şəxsən özü bildirmişdir. Bundan əlavə, Aqil adlı həmin şəxs,səs yazısını qəbul etdikdən dərhal sonra xəstəxanaya getmiş və sağ ikən ərim ilə görüşmüş və bu zaman ərim ona hadisə barədə bəzi məlumatlar verərək ona qarşı xəsarət yetirildiyini söyləmişdir.

Hörmətli Cənab Prezident və

Hörmətli Xanım I-ci Vitse-Prezident

Baş verən hadisənin yaranma səbəbləri barədə mənə məlum olan  hal oldur ki, mərhum ərim Arzu Cabbarov iş adamı və sahibkar olduğu üçün,  Şəmkir şəhər sakini, barəsində cinayət məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi aparılan Yeganə adlı bir qadının vasitəsi ilə, Şəmkir rayon Polis Şöbəsinin bəzi əməkdaşlarının pul tələbi ilə bağlı şantajına məruz qalmışdır.

Belə ki, Yeganə adlı həmin qadın kriminal keçmişi olması və bu səbəbdən polisdən asılı vəziyyətdə olması səbəbilə,polis əməkdaşları tərəfindən qabacadan ələ alınaraq məqsədli şəkildə ərim ilə görüşməyə vadar edilmişdir. Nəticədə,07.05.2022-ci il tarixdə günorta saatlarında Yeganə adlı həmin qadının ərimlə görümək üçün ona dəfələrlə telefon zəngləri etmiş və onunla görüşmək üçün ərimi  qohumu evinə çağırmışdır. Bundan sonra ərim həmin Yeganə adlı qadının çağırışı ilə, həmin qadının qohuuna məxsus Şəmkir şəhər ərazisində bizə məlum olmayan rdi yaşayış evində görüşmüşlər. Mərhum ərim, Yeganə adlı həmin qadın ilə evdə birlikdə olarkən, həmin qadın tərəfindən polis əməkdaşlarının şəxsi mobil nömrəsinə zəng edilmiş və polislər evəçağırılmışdır. Qadın tərəfindən polislərə edilmiş telefon zəngindən dərhal sonra polislər evə girmiş və Yeganə adlıqadınla ərimi birlikdə tutaraq, ərimi şantaj etmişlər vəgörünür bu yolla ondan külli miqdarda pul əldə etməyə nail olmaq istəmişlər.

Polis əməkdaşlarının bu qanunsuz və özbaşına hərəkələrinə etiraz edən ərim ilə polis əməkdaşları arasında evdə münaqişəyaranmış və nəticədə ərimə qarşı fiziki zorakılıq edilmiş və ona çoxsaylı xəsarətlər yetirilmişdir. Sonda isə ərim, aldığıçox saylı ağır xəsarətlər nəticəsində həmin gün Şəmkir rayon xəstəxanasında həyatını itirmişdir.

Göründüyü kimi, bütün bu hadisə qabacadan planlı şəkildəhazırlanmış və ərimdən hədə qorxu və şantaj yolu ilə pul tələb edilməsi üçün hesablanmış özbaşına və qanunsuz hərəkətlərolmuşdur.

Bundan əlavə, məndə olan məlumata görə Yeganə adlı qadının sifarişi ilə evə çağrılan həmin polis əməkdaşlarıŞəmkir rayon Polis şöbəsində çalışan Feyruz və Etibar adlıpolis nəfərridir və onların barəsində hazırda araşdırma aparılsa da, nədənsə onlar hələ ki, azadlıqdadır. Bildiyim qədər, hadisənin iştirakçısı olan Yeganə adlı qadın isə, hazırda Şəmkir rayon  Polis şöbəsində başqa bir əsasla (əvvəlki cinayət əməlləri ilə bağlışöbədə saxlanılır və bu haldan istifadə olunaraq o, şöbədə polislər tərəfindən bu işlə əlaqədaristintaqda verəcəyi ifadələr ilə bağlı təlimatlandırılır.

Onu da qeyd edim ki, məndə digər məlumata görə polis əməkdaşlarından Feyruz adlı şəxs ərimə qarşı hadisə yerində kəsici əşya ilə (şüşə) xəsarət yetirərkən öz əlinin iç nahiyyəsini kəsmişdir. Lakin, bütün bu məlumatlar və polis əməkdaşlarının qanunsuz və özbaşna fəaliyyəti məqsədli şəkildə istintaqdan gizlədilir, hadisənin bütün halları doğru araşdırılmır həqiqət gizlədilir və bu işdə əli olan şəxlər məsuliyyətdən yayındırılır.

Habelə məndə olan məlumata görə, adı çəkilən polis nəfərləri (Feyruz və Etibar)  birbaşa tabe olduqları yuxarı ranqlı polis zabiti Şəmkir rayon Polis şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Bayram adlı polis məmurunun göstərişi və təlimatı ilə hərəkət etmişlər. Çünki, mərhum ərimin sağlığında ondan eşitdiyimə görə, həmin Bayram adlı polis zabiti, əvvəllər də  ərimdən pul tələb etmiş və bu zəmində onlar arasında ciddi narazlıq olmuşdur və o, ərimi hədələmişdir. Bu dəfə isə, ərimə qarşı növbəti məkirli niyyətlərini planlı olaraq etmiş və sonda zorakılıq edilərək, ölümlə nəticələnən cinayət hadisəsi baş vermişdir.

Yuxarıda qeyd etdiyim kimi, hazırki işin istintaqı Şəmkir rayon Prokurorluğunda gedir lakin adı çəkilən polis əməkdaşları və onların havadarları barəsində nədənsə cinayət təqibi aprılmır.

Hörmətli Cənab Prezident və

Hörmətli Xanım I-ci Vitse-Prezident

Sizdən əri qətlə yetirilən bir qadın, 3 uşağı başsız qalan bir ana kimi xahiş edirəm ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması və cinayətkarların layiqli cəzasını alması üçün  hazırki cinayət işinin istintaqının Azərbaycan Republikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilməsinə və sonda ədalətin bərqərar olunmasına köməklik edəsiniz.



Xəbəri paylaş

1 4528 dəfə oxunub.

Digər xəbərlər
12-03-2017, 13:45 Sabahın HAVASI

bütün xəbərlər
____ Instagram ___