Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MASAZIR Ə.VAHİD 85 ünvanında PARTLAYIŞ TƏHLÜKƏSİNƏ ABİDİN FƏRZƏLİYEV VƏ FHN niyə biganədir ?
Tarix: 11-06-2022 | Saat: 03:42
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

Son vaxtlar tikintidəki bədbəxt hadisələr nədənsə aidiyyəti üzrə olan qurumları qətiyyən düşündürmür...

Qeyd edək ki, əməyin texniki təhlükəsizlik qaydalarına riayət olunmazlığı üzündən elə ötən təqvim ayının son günü , qeyri- iş günü olmasına baxmayaraq Nərimanov rayonu ərazisində "Zirvə A" MTK -nın, inşasını davam etdirdiyi tikintidə 22 yaşlı Zülfüqarlı Osman adlı gənc fəhlə , faciəvi şəkildə dünyasını dəyişdi.

Çox təəssüf ki, bu kimi halların geniş miqyas almaması üçün aidiyyatı olan, FHN -nin Tikintidə Əməyin Texniki Təhlükəsizliyinə Nəzarət İdarəsi və ƏƏSMN- nin Əmək müfəttişliyi öz üzərilərinə düşən işi qətiyyən yerinə yetirmirlər. Bu da nəticə etibarilə işçilərin ya ölümünə , ya da əmək qabiliyyətinin itirilməsinə gətirib çıxardır.

Elə sözügedən məsələ məhz bu videoçarxda göstərilən, Abşeron rayon Masazır qəsəbə əsas yolun sol hissəsindəki Əlağa Vahid 85 ünvanındakı üçüncü mərtəbəsinin inşası həyata keçirilən tikintidə də ölüm saçan hallar tüğyan edir...

İlk olaraq burada çalışdırılan işçilərin nəinki işçi geyim dəsti, natamam, heç oxutdurmadan imza atdırdıqları Formal xarakter daşıyan Təlimat jurnalı " göz oxşadı". Bundan əlavə tikintinin hər mərtəbəsindəki məhəccər olmadan müvəqqəti çəpərləmənin və təhlükəsizlik kəmərləri ilə fəhlələri təmin etməmə, onların həyatını sözün əsl mənasında təhlükəyə, faciəyə aparır. 

Hələ bu azmış kimi, fərdi yaşayış evləri arasında aparılan bu tikinti daxilində armaturları qazkəsici ilə istifadə edilən Maye Propan və Oksigen qaz balonları istismarı qaydaları bərbad vəziyyətdədir. Belə ki, 120 atm tutumlu oıan bu balonla ,manometr təzyiq tənzimləyici oımadan işləmək olduqca təhlükəli və yolverilməzdir. Ancaq buradkı balonlar üzərindəki şüşəekranlı təzgiq tənzimləyicilər sınıq və nasaz vəziyyətdə, ventili isə deformasiyaya uğramış və bitişik vəziyyətdə idi.

Qeyd edək ki Əməyin Texniki Təhlükəsizlik qaydalarına riayət etmədən işçiləri təhlükə altında bucür işlətmək həm İnzibat həm də Cinayət məsuliyyəti yaradır.

Ən maraqlı da orasındadır ki, 3cü mərtəbəsinin inşası davam etdiyi halda buraya mütəmadi olaraq baxışı keçirmək səlahiyyəti və iqtidarında olan FHN nin axı nə üçün bu rayon üzrə kuratorları bu tikintidə həm Yanğınsöndürmə şkafının olmamasına, həm də sadaladığımız neqativ hallara tədbir görmür? Axı hörmətli dövlət başçımız cənab İlham Əliyev elə bu qurumu 2005-ci ilin dekabrından onagörə struktur vahidi olaraq yaratdı ki, insan həyatı ölümsüz olaraq iş yerlərində ölüm riski olmasın. Və bundan ötrü də hər il dövlət büdcəsindən bu quruma kifayət qədər maliyuə vəsaiti də ayrılır.

Bəs onda vətəndaşların təhlükəsizliyi ilə özgə kim məşğul olub xidmətində dayansın?



Xəyyam Qurbanlı.



Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___