Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
HƏR BİR XALQ ÖZ DİLİ İLƏ YARANIR ŞƏRH
Tarix: 08-05-2022 | Saat: 08:05
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Təhsil / M2 / Müsahibə | çapa göndər


Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Biz türk dilli xalqlar ailəsinə mənsub olsaq da, bizim dilimiz Azərbaycan dilidir. Bir xalqın xarakterini öyrənmək istəyəndə onun dilini öyrənmək lazımdır. Azərbaycanın qədim tarixinə nəzər salsaq görərik ki, qədim zamanlardan belə Azərbaycan torpaqlarına hücum etmiş, ələ keçirmiş xəlifələr, dövlətlər belə Azərbaycan dilini məhv edə bilməmişlər. Xalqımız əsrlər boyu böyük sınaqlardan keçmiş, ancaq öz mənliyini, öz dilini itirməmişdir.

Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya səviyyəsinə qaldırmaq, xalqın qabaqcıl adamlarının, bilik xadimlərinin fəaliyyəti nəticəsində olur. Ulu Öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük dahi şəxsiyyətlərdən biridir. Ulu öndərimiz bütün sahələrdə olduğu kimi, dilimizin inkişafında müstəsna xidmətlər göstərmişdir.

"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir"-vurğulayan Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə verdiyi önəmi daim çıxışlarında bildirmişdir.

Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev öz dilinə göstərdiyi gözəl münasibəti ilə bizlərə daim örnək olmuşdur. 1969-1982-ci illərdə Azərbaycanda SSR-yə rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə Azərbaycan dilinə verdiyi önəmi, dəyəri bir daha göstərmişdir. 1978-ci ildə Ulu Öndər Heydər Əliyev tarixi bir uğura imza atdı. Həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin daim tərkib hissəsi olub.1993-cu ildə hakimiyyətə qayıdan Ulu Öndər qısa zamanda ölkədə iqtisadi və siyasi cəhətdən həyatın normallaşmasına nail oldu. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət rəmzlərimizdən biri olaraq təsdiq edildi. Ulu Öndər Heydər Əliyev dil məsələsinə daim önəm verirdi və daim diqqətində saxlayırdı. 2001-ci ildə Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Bütün dövlət və qeyri dövlət təşkilatlarında dövlət dili bərqərar oldu.

Ulu Öndərin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası Və Azərbaycan Dili Günü kimi qeyd olunur. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəltdi. Ulu Öndər Heydər Əliyev əbədiyyətə qədər qəlbimizdə yaşayacaqdır.





2308 dəfə oxunub.

Digər xəbərlər
24-05-2022
bütün xəbərlər
____ Instagram ___