Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Boşanmış qadınların uşaqları əllərindən alınıb internata verilsin” - Yazıçı
Tarix: 06-05-2022 | Saat: 14:45
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Foto-fakt / Müsahibə | çapa göndər


“Boşanan ananın uşağı ondan alınıb dövlətin himayəsinə verilsin. Uşağın böyüməsi üçün isə ana və ata dövlətin hesabına aliment ödəsin”.
 
Bu sözləri “Space” televiziyasının efirində yayımlanan verilişdə ekspert kimi iştirak edən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
 
Yayımlanan verilişdə onun səsləndirdiyi fikirlərə görə digər ekspertlər arasına qalmaqal yaşanıb. Belə ki, qarşı tərəf onun bu fikrini dorğu hesab etməyib. Bununla bağlı Aydın Xan Əbilov saytımıza açıqlama verib.
 
O, son vaxtlar ailələrin dağılması, nikahların pozulması ilə bağlı çox böyük problemlərin yaşandığını və bəzən valideynlərin öz övladlari ilə birləşib, qarşı tərəfə “hücum etdiyini”, nəsə qopartmaqçün boşanmadan silah kimi yararlandığını bildirib:
 
“Təəssüflər ki, bu “silahı” daha çox qadınlar istifadə edir. Bütün məhkəmələr nikahın pozulması, boşanmalar, aliment, vərəsəlik və yaxud da hansısa daşınmaz əmlakın bölünməsilə bağlı müraciətlərlə doludur. Bunun qarşısını bir çox ölkələrdə ictimai qınaq və etik normalarla almağa çalışırlar. Çünki hər ailənin yanına polis qoya, onları məhkəməyə verib, tuta bilmərik. Dağılan ailələr həm cütlüyün özü, həm uşaqlar, həm də cəmiyyət üçün problemə, yükə çevrilir.
 
Tək ana və ya ata normal, sağlam uşaq böyüdə bilmir. Bunun üçun ya işləməlidir, ya da evdə qalmalıdır. Azərbaycanda da bu hal get-gedə artır. Rəsmi bağlanan nikahların təxminən yarıdan çoxu boşanma ilə nəticələnir. Bu, dəhşətli faktdır. Ən çox da gənc xanımlar boşanandan sonra var-dövlət, aliment almaq üçün məhkəmələrə müraciət edirdilər. Bir çox hallarda münaqişələr qızışır. Qadınların bıçaqlanması və s. hallarla qarşılaşırıq. Təsəvvür edin bir qadının bıçaqlanmasına görə nə qədər dövlət qurumları, polis, təcili yardım, morq, məhkəmə, prokurorluq və s. cəlb olunmalıdır”.
 
Bıçaqlanan qadınların sayı artdıqca dövlətin xərclərinin çoxaldığını deyən müsahibin fikrincə, üstəlik son vaxtlar boşanmış analar uşaqlarına normal baxmır, onların tərbiyəsini ata- analarının üzərinə atırlar:
 
“Yaşlı valideynlər nəvələrinə istənilən halda tərbiyə verə bilmirlər. Nənə, baba himayəsində böyüyən uşaq bir az şıltaq olur və gələcəkdə böyük problemə çevrilir. İctimaiyyəti belə bir müzakirəyə dəvət etmək istəyirik. Yəni boşanan cütlüklər arasında uşaqlarla bağlı problemlər həll olunmursa, dövlət artıq ciddi addımlar atsın. Əgər boşanandan sonra qadının uşağı saxlamağa inkanı yoxdursa, kişidə müəyyən problemlər varsa, nə üçün dövlət o uşağa yiyə durmasın?! Fikirləşirəm ki, nə kişiyə, nə qadına aliment vermək lazımdır”.
 
İddialı çıxış edən Aydın Xan Əbilov açıqlamalarına daha bir məqam da əlavə edərək, Aliment Fondunun oyunbazlıqdan başqa bir şey olmadığını deyib.
 
Onun fikrincə, yaxşı olar ki, uşaq həm kişi, həm də qadından alınsın:
 
“Dövlət uşağın həyatı ilə maraqlansın. Gələcəkdə həmin uşaqların böyüməsi üçün həm anadan, həm atadan aliment alınıb dövlətin Uşaq Fonduna köçürülsün. Uşaq internat, ya da internat tipli müəssisələrdə böyuməlidir. Sovet dövründə bu təcrübə var idi. Polis və ya hərbidə bu tip internat uşaqlarından-yetimlərdən istifadə olunurdu ki, vəzifədə olanda onlar nə rüşvət alsınlar, nə də qohum- əqrəbasıni işə gətirsinlər. Bu, Stalinin vaxtından qalmış maraqlı təcrübə idi. Ona gorə də Sovet İttifaqı süperdövlətə çevrildi. Yaxşı ənənələrdən istifadə etmək lazımdır. Təklifimizin üzərində işləmək olar. Yoxsa biz gələcəkdə boşanmış qadınlar və yetim uşaqlardan ibarət cəmiyyət olacağıq”.


Xəbəri paylaş

5938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___