Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"HƏKİM-mi ya HÖKM -mü?"
Tarix: 23-04-2022 | Saat: 13:10
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə / Aktual | çapa göndər

Tarix boyu bəşəriyyət həkim sənətini ali və şərəfli peşələr üzərində tutub. Bu bu gün də belədi və insanlara ümid verən ləyaqətli həkim sənəti sonsuza qədər hörmətə layiq olacaq. Lakin çox təəssüf lə qeyd etmək istəyirəm ki, başqa sahələrdə olduğu kimi bu peşə sahəsin də də təsadüfi insanlar yox deyil. Ən qorxulusu isə odur ki, təsadüfi həkim diplomuna sahib olanlar hər hansı bir tibb ocağının başında oturub səlahiyyətə sahib ola. Yaxın günlərin birində Bakı şəhəri 19 saylı Uşaq Poliklinikasıbda oldum. Poliklinikada qarşılaşdığım mənzərələr nə qədər acınacaqlı olsa da, ən sarsidicisi elə poliklinikanın baş həkimi Aidə xanımın özü tərəfindən gəldi. Övladları ağır AUTİZM xəstəsi olan ŞƏHİD ailəsi   rəsmi sənədləşmə işləri ilə bağlı baş həkimin qapısı önündə növbə gözləyir. Növbə gözləyənlər arasında mən də olduğum üçün, növbə sırasında  şəhid ailəsinin üzvü ilə qisa tanışlıq başladı. İş otağının  qapısında onlarca güzəştləri, üstünlükləri olan vətəndaşın gözlədiyini bilən Aidə xanım sanki bundan zövq alırcasına bir-birinin ardınca tabeliyində olan işçilərini qəbul edib, yola salır. Nəhayət  xəstələri qəbul edəcəyinə ümid edməyə başlamışdıq ki, Aidə həkim ona da izin vermədi. Tibb ocağında qəbul olunmuş uniforma olan  ağ xalat geyinmədən, sanki numayiskəranə şəkildə geyimlərini göstəricisinə otağından çıxıb, saatda AKT zalında xəstələrini buraxıb baş həkimi gözləyən həkimlərə, tibbi personal yaxınlaşdı. Yaxınlaşması ilə bir anda poliklinikanı qisqir-bağır səsləri bürüdü. Tibb ocağında zəruri olan sakitlik bir anda bazar hay-küyünə döndü. Baş həkimin tabeçiliyində olanlara nəriltisi o qədər ucadan duyulurdu ki, sanki bazarda rəqib alverçi tərəfindən müştərisi oğurlanan şor satan alverci qadının qışqırığını xatırladırdı. 
Aidə həkimi gözləyən xəstə uşaqların valideyinləri, biz baş həkimin qəbuluna düşə bilməyəcəyimiz qənaətinə gəlib, oranı tərk etmək məcburiyyətində qaldıq. 
Oradan ayrılarkən düşündük ki, Aidə həkim bu hərəkəti ilə vətəndaşlara, media nümayəndələrinə mesaj verməyə çalışırdı.Gorunur demək istədiyi bu idi ki, "mən nə SƏHİD, nə çarəsiz xəstə, nə mətbuat, və vətəndaş tanımıram. 19 sayli  Uşaq Poliklinikası mənim mümkündür, çalışan həkimlər də mənim şəxsi əmıakımdır. O səbəblə də Qanun da HÖKM də mənəm". Amma incə bir həqiqəti unudur ki, ondan öncə də hal-hazırda oturduğu kürsüdə oturanlar olub, ondan sonra da olacaq. Şərəfli həkim adını qorumaq ücünsə vəzifə səlahiyyətinə deyil, insanı dəyərlərəilə ehtiyacı var.
Tərifə Maqsudova


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___