Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müqaviləsiz sayca 10 olan işçiləri cəlb etməklə onlara adi işçi ayaqqabısını belə təşkil etmir.
Tarix: 19-04-2022 | Saat: 11:51
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Reportaj | çapa göndər

Yasamal rayon N. Nərimanov prospekti , Ə. Haqverdiyev küçəsi 1 ünvanında tikintiyə əmək müqaviləsiz sayca 10 olan işçiləri cəlb etməklə onlara adi işçi ayaqqabısını belə təşkil etmir. 

Əmək müqaviləsiz işçinin işlədilməsi ilə bağlı vacib məqamlardan biri də ondan ibarətdir ki, əgər dövlət orqanlarının yoxlamaları zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin fərqli maddələri tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) əsasən, əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.

Hələ bu azmış kimi, bizim ona tutduğumuz haqlı iradlara Əcəb eləmişəm deməklə əl hərəkətlərilə kobudluq da nümayiş elətdirdi. İnanınırıq ki, Dövlət Vergi Xidməti və Baş Əmək Müfəttişliyi bu qoçu Sahibkar barəsində Qanunamüvafiq ciddi tədbir görəcəkdir. 
Qeyd edək ki, orada işlədilən el. Avadanlığına görə yanğınsöndürmə şkafı zəruri olduğundan təşkil olunmazlığına görə artıq FHN nin 112 qaynar xəttinə də məlumat verildi.
Mövzunu diqqətdə saxlayırıq.


Xəbəri paylaş

5118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___