MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov və BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti, tələbə və magistrantları arasında görüş keçirilib
Tarix: 15-04-2022 | Saat: 21:13
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil / Foto-fakt / Müsahibə | çapa göndər

2208 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-04-2022 | Saat: 21:13
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil / Foto-fakt / Müsahibə | çapa göndər

15 aprel tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun "Media sahəsində islahatların hüquqi əsasları" mövzusunda görüş keçirilib.
Tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Əhməd İsmayılov bildirib ki, özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərib. O, media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbə-jurnalistləri məlumatlandırıb. Xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.
Sonra Əhməd İsmayılov “Media haqqında” Azərbaycan Respublikasının Qanununun əsas müddəalarını şərh edərək, jurnalistlər üçün əhəmiyyətini vurğulayıb. Medianın bugünki problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.
İnteraktiv formada keçirilən görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb
Digər xəbərlər
8-03-2017, 12:49
Əvvəlcədən dediyi başına gəldi - "Survivor"da əkiz bacısının aqibətini yaşadı - VİDEO
1-02-2016, 15:30
Gömrükçülər külli miqdarda aksizsiz siqaret aşkarladı
20-07-2017, 15:43
Qəhvə ilə saç maskası. Saçların tökülməsinə son!
21-05-2017, 14:35
Pomidorun qiyməti kəskin ucuzlaşdı - VİDEO
16-12-2017, 19:00
Qız atalarına ŞAD XƏBƏR - 10 MİN ALACAQSINIZ - VİDEO
2-08-2019, 17:29
Sevgilisi modeli cinsi əlaqədən sonra niyə öldürdü? - FOTO
2-07-2017, 22:50
Kürdə batan polislərdən birinin meyiti tapıldı (YENİLƏNDİ)
17-05-2017, 12:52
“Vkontakte” və “Odnoklassniki” qadağan etdi
29-04-2018, 14:28
FHN generalı dünənki yanğınla bağlı AÇIQLAMA VERDİ