Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MSM TRANSPORT MMC - işçinin hüquqlarını pozdu
Tarix: 31-03-2022 | Saat: 16:30
Bölmə:Bütün xəbərlər / M / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

!

Qarabağda aparılan quruculuq və yenidənqurma işlərinə cəlb olunan sürücü Abbasov Vüqar Allahverdi oğlu şikayətində bildirir ki, MSM TRANSPORT ŞİRKƏT rəhbərliyi Samir Məmmədov, onunla ilk olaraq bağlanmış əmək müqaviləsinin şərtlərini ciddi surətdə pozmuşdur. Belə ki, Samir Məmmədov ilk olaraq sürücü Abbasov Vüqara plastik əmək haqqı kartına 430 manat məvacib və əlavə mükafat paketi söz vermiş, daha sonra isə bu şərtlərə riayət etməmiş,hətta bağlanmış əmək müqavilə şərtlərinə belə əməl etməyərək, təəccübedici şəkildə Qobustana 20 , Şuşaya isə 30 manat Yol vərəqəsi -gediş haqqı məbləği tərtib edən cədvəllə fəaliyyət göstərir. Maraqlıdı Qobustan Bakıya yaxın bir rayon, ora 20 manat, Şuşa isə 300 kmdən də artıq bir rayona bundan cəmi 10manat yuxarı , cəmi 30 manat yolpulu yazılmışdır. 
İşçi qeyd edək ki, bugün səhər saatlarında işdənçıxma haqqında ərizə yazıb son haqq hesab məbləğini tələb etsə də, onun plastik əmək haqqına vur tut 329 manat pul yatırılmışdır. İşçi hətta onu da bildirir ki, şirkət rəsmisi Samir bəy, ondan bunun səbəbini soruşduqda, qeyd edərək vurğulayıb ki, qalan haqq hesabı da guya açot- uçot edib xəbər edəcək işçiyə ,gəlib götürəcəkdir.
Bütün bu baş verənlər isə birbaşa qanunpozuntusudur.
Belə ki Əmək Qanunvericikiyində qeyd olunmuşdur ki, işdən çıxan şəxs son haqq hesab məbləğini son işgünün birinci yarısınadək işəgötürən fiziki vəya hüquqi şəxs tam olaraq hesablayıb işçiyə ödəməlidir.
Mövzuya qayıdacağıq.
Məsələ ilə bağlı daha digər faktlar sərgilənəcəkdir!
Dərc olunanlarla bağlı qarşı tərəfin də yəni MSM Transport MMC nin də mövqeyini dərc eləməyə hazırıq. 

Xəyyam Qurbanlı.


Xəbəri paylaş

4208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___