Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərenerji ASC dən maliyyələşərək indi də o ənənənin davam etməsini istəyir.
Tarix: 29-03-2022 | Saat: 20:03
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / İdman | çapa göndər

MİNGƏÇEVİRİN baza Futbolunu geri qayıtmasını istəyən bir qrup şəhər gəncləri haqlı olaraq Energetik Futbol klubunun əvvəlkitək Azərenerji ASC dən maliyyələşərək indi də o ənənənin davam etməsini istəyir. Axı niyə də istənilməsin?
Hələ Azərenerjinin çox məhdud, enerjinin az istehsal etdiyi keçmiş dövrdə Kür -Nur Mingəçevir klubuna ozamankı sədr Müslüm İmanov vəsait ayıraraq Anatoli Banişevski və Qurban Qurbanov kimi mütəxəssislərin yetişməsinə zəmin yaratmışdı. Ancaq indi çox təəssüflər olsun ki , Qafqazın ən böyük enerji nəhəngi Azərbaycan İstilik Elektrik stansiyası və Mingəçevir Su Elektrik stansiyaları Mingəçəvirdə olmasına , o cümlədən bu baxımdan da, Azərbaycan Enerji sisteminə və dövlət büdcəsinə böyük töhfə və xeyir verməsinə baxmayaraq, qurum başqanı BALABABA RZAYEV bu enerjinin hasil olunduğu məkanın- nur şəhəri adlandırılan 100minlik əhalili Mingəçevirə və onun idmanına belə sayğısız qalıb! Bundan öncə də ləzgipərəst Şahdağ Qusar FK yaratmaqla yadda qalan Etibar Pirverdiyevin şovinistliyilə maliyyə üzündən süquta , iflasa uğramış Kür-Nur Mingəçevir, bu gün də məhz BALABABA RZAYEVİN bu kluba yox, mənsub olduğu, qeydiyyatda olduğu Zirə Qəsəbəsinin eyniadlı klubunu bərpa edib Azərenerjidən, ələlxüsus Mingəçevirdəki su Elektrik və istilik elektrik stansiyalarının ərsəyə gətirdiyi milyonlardan əsl yerlibazlıq edərək ZİRƏ klubuna yatırım edir.
İndi belə bir sual ortaya çıxır:
Balababa müəllim, axı niyə, çox zərərli Elektromaqnit dalğasını udan Mingəçevirlilər olduğu halda, ancaq onun ərsəyə gətirdiyi milyonlardan onun idmanını dirçəltməyirsiniz? Ancaq ucqar bir , özü də bazası heçvaxt mövcud olmayan bir qəsəbənin eyniadlı ZİRƏ klubunu təsis edib əvvəlcə legionerləri yığıb , daha sonra uşaq futbol bazasını yaratdınız. Bu hansı ədalətdəndir? Elə hazır futbol baza, hələ 1980ci illərdən var idi də məhz Mingəçevirdə ki, 1992ci il ilk milli futbol çempionatının hətta kubokunun finalına kimi gedib çıxmışdı inkişaf edərək. Ancaq indi Mingəçevir , bugün , futbolsuz qalıb. İllərdir stadionlarında çalışan 10larla işçisi və futbolçuları və məşqçilər korpusu da işsiz qalıb! 
Bu cür rəhbərlik və biganəlik nə dərəcədə ədalətdəndir?!


Xəbəri paylaş

9058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___