Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alim-aqronom Prezident İlham Əliyevə müraciət etdi -Haqqımı tələb edirəm,həbs olunmaqla hədələnirəm
Tarix: 15-03-2022 | Saat: 20:03
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Reportaj | çapa göndər

Mütəmadi olaraq yazmışıq-anlaşılmaz və düşünülməmiş məmur mövqeyi daima vətəndaşları narazı salıb.Narazı vətəndaş isə pozulmuş haqq və hüququnun bərpası üçün aidiyyatı orqanlara,ölkə rəhbərliyinə müraciət edib.Beləcə,şikayət məktubları illərlə prezident aparatına "axıdılıb".

Faktinfo.az saytına göndərilən şikayətlərdən biri də bu qəbildəndir.Şikayəti oxuduqda məlum olur ki,narazı salınmış alim-aqronom davamlı şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə tabe təşkilat-Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məktublar yazıb.Şikayətçinin aidiyyatı orqanlar tərəfindən qəbul olunub dindirilməməsi,yaranmış narazılığın kökündə dayanan amilin aradan qaldırılmaması Əsgərov Xanəhməd Əli oğlunun davamlı olaraq prezident aparatına məktublar göndərməsinə səbəb olub.
Faktinfo.az saytı Bakı şəhəri,Xətai rayonu,M.Hadi 21,mənzil 1 ünvanında yaşayan alim-aqronom Əsgərov Xanəhməd Əli oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanladığı müraciətdən bir neçə ifadəni ixtisar etməklə təqdim edir.

Çox hörmətli  cənab Prezident !

Siz xalqımız tərəfindən  yekdilliklə Azərbaycan Respublaikasının  Prezidenti  seçildiyiniz vaxtdan bu günə qədər  bütün çıxışlıarınızı diqqətlə izləyirəm. Sizin  xalqımız və dövlətimiz üçün gördüyünüz işlərinizi dəstəkləyirəm.
Siz çıxışlarınızın birində dediniz ki, mən hər bir azərbaycanlının Prezidentiyəm.Başqa bir çıxışınızda isə dediniz ki, vətəndaşlar tərəfindən mənə yazılan şikayət  və müracaiətləri mənə  çatdırmırdılar, indi elə şey ola bilməz, siz mənə yazın, gəlib çatacaq.  

Cənab Prezident,

mən Sizin məmur özbaşınalığına, korrupsiya və rüşvətxorluğa  qarşı apardığınız mübarizədə Sizə dəstək olmaq üçün  son üç ildə Bakı şəhəri Yaşıllaşdırma Təsərrrüfatı  Birliyində  büdcədən edilən mənimsəmələr və öz  maddi maraqlarına görə,  mütəxəssislərin zorla işdən çıxarılması və onların əvəzinə kənardan qeyri-peşəkar  insanların gətirilməsi  haqqında məlumat  verməyə çalışmışam. Artıq iki il olur, Sizə, Birinci Vitse-Prezidentə və Baş prokurorluğa  təkrar müraciət edirəm.

Sizə  və Baş prokurorluğa  göndərdiyim müraciətləri  araşdırılmaq üçün Prezident  Administrasiyasının və Baş prokurorluğun  səlahaiyyətli nümayəndəsi fəaliyyətindən şikayət etdiyim YTB-ə göndəriblər.

Cənab Prezident, bu nə qədər düzgündür ki, şikayətim fəaliyyətindən şikayət olunan  təşkilata göndərilir və   şikayətçi  ilə görüşmədən  cavab yazırlar.
Ancaq bir dəfə  Birinci Vitse-Prezident  Mehriban  xanım  Əliyevaya  göndərdiyim müraciət  Baş Prokurorluğun Korrupsiya İdarəsinə göndərilib. Onlar da yazdıqlarımı yoxlamaq əvəzinə məndən izahat  almaqla işlərini bitmiş hesab etdilər.  
Cənab Prezident, axırıncı üç ildə  YTB-də  yaşıl soyqırım və rüşvətxorluq  son əlli ildə olmayan həddə çatıb.  

Cənab Prezident,  neçə ki, vətəndaşların şikayət və müraciətləri sizə çatdırılmayacaq, o vaxta qədər məmur özbaşınalığına və rüşvətxorluğa qarşı  mübarizə aparmaq mümkün olmayacaq.Belə başadüşürəm mənim də şikayətlərim sizə çatdırılmır.
Bu səbəbdən müraciətimi ölkə saytlarında çap etdirmək  məcburiyyətində qaldım ki,bəlkə bu yolla  Sizə şikayətimi çatdıra bilim.

Cənab Perzident ! 

 YTB-nin rəhbərliyi öz himayədarlarına arxayın olaraq məni həbs etdirməklə hədələyirlər.
Cənab Prezident, mən Sizdən xahiş edirəm ki, Baş prokurorluğa  göstəriş verəsiniz ki, son iki ildə  mənim yazdığım müraciətləri araşdırsınlar. Əgər günahım varsa, mənə cinayət işi açsınlar.

Mən dövlətçiliyimiz  naminə canımdan keçməyə  hazıram.YTB-nin baş direktoru  Həsrət  Əmrahovun mənə göndərdiyi məktubun surətini müraciətimə əlavə edirəm.Hətta  102 xidmətinə  YTB-nin  işinə  qarışa bilmir, ona görə də onlar istədikləri  yaş  ağacları  öz maraqlarına  görə  istədiyi  vaxt  kəsirlər.
 

Əvvəlcədən Sizə öz təşəkkürümü  bildirirəm.


Əsgərov Xanəhməd Əli oğlu

Qeyd:Şikayətdən görünür ki,Bakı Şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi narazı olan alim-aqronomu qəbul edib problemi nizamlamaq əvəzinə,hələ bir onu tutdurmaqla hədələyib.Bu isə ona dəlalət edir ki,bir çox təşkilatlarda "mütləqi hakimlik" ənənəsi davam edir.
Qeyd edək ki,uzun illər bu qrumda çalışan,Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 5 saylı sahəsinin keçmiş rəisi,alim-aqronom,ildə yüz minlərlə ədəd gül-çiçək istehsal edən,45 il iş təcürbəsi  olan və təqaüdə çıxmasına il yarım qalmış,qanunsuz işdən azad edilən Əsgərov Xanəhməd Əli oğlu xeyli müddətdir ki,ölkə rəhbərliyinə,dövlət orqanlarına müraciət edərək YTB-də baş verən qanunsuzluqlardan,dövlət vəsaitinin müxtəlif yollarla mənimsənilməsindən dövlət orqanlarına şikayət edir.


Xəbəri paylaş

6428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___