Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
HƏBS növbəsi Məleykə Abbaszadə və Fatma Abdullazadəyə də çatacaq… - DİM-də baş verən QANUNSUZLUQLAR
Tarix: 15-03-2022 | Saat: 19:14
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Təhsil / Foto-fakt / Həftə-Reytinq | çapa göndər

Məleykə Abbaszadənin damında, daha doğrusu, DİM-in “krışası”nda gördüklərim…

Gündəlik-Bakının müxbiri DİM-in damında nələr gördü..? 


Məleykə Abbaszadə   haqqında  uzun-uzadı yazmağa ehtiyac yoxdur. 
Məlumdur ki, Məleykə  Abbaszadə 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ildən 2016-cı ilədək TQDK-nın sədri vəzifəsində çalışmışdır. 2016-cı ilin aprelin 12‑də isə ölkə Prezidentinin Sərəncamı ilə yeni yaradılmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin sədri vəzifəsinə təyin olunmuşdur və hal-hazırda bu vəzifəni icra edir. Və....
Bəli,  Məleykə Abbazadə və onun yaxın rəfiqəsi, Prezident Adminstrasiyasında  Humanitar  siyasət  şöbəsinin sabiq müdiri  Fatma Abdullazadə  cənab Ramiz Mehdiyevin ən sadiq kadrları olublar. 
Bunları məlumat üçün yazdıq. 
İndi isə keçək Məleykə Abbaszadənin əməllərinə.
Heç kimə sirr deyil ki, TQDK-nın ( indi DİM ) bunkerlərindən imtahan suallarının oğurlanması və satılması yolu ilə milyonların qazanılması məsələsinin üstünün açılmasına  o zaman  Ramiz Mehdiyev imkan vermədi. Əgər  həmin məsələ o zaman açılsaydı, indi Məleykə Abbaszadə yəqin ki, başqa yerdə olardı. 
İkinci bir vacib məsələyə nəzər  salaq. 
Məhkəmə prosesində dəfələrlə deyilib ki, Məleykə Abbaszadə  12 bal toplayan məzunun balını 6-12  edərək  Tibb Universitetinə qəbul etdirib. 
Niyə, Məleykə Abbaszadə  bircə dəfə də olsun bu məsələyə münasibət bildirməyib ? 
Biz  Gündəlik-Bakı olaraq illər öncə dəfələrlə Məleykə Abbaszadə ilə telefon əlaqəsi saxlayaraq Səhiyyə Nazirliyi tərəfindən 142  saxta  diplom  aşkarlanmasına münasibətini öyrənməyə çalışsaq da o bildirib ki, bu mövzunu qapadın. 
Biz soruşmuşuq ki, bəlkə dövlət  sirridir, Məleykə xanım..? 
İndi isə  Məleykə Abbaszadənin  növbəti işinə nəzər salaq. 
Deməli, dövlət qulluğuna qəbul, inzibati vəzifələrə işə düzəlmək üçün qanunla  vətəndaş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində test imtahanlarından keçməlidir. 
Amma Məleykə Abbaszadə müxtəlif nazirlik və digər qurumlarla sövdələşərək  bu məsələni qanunsuz yolla həll edirlər. Adı da olur ki, guya filankəs test yolu ilə  dövlət  qulluğuna qəbul oldu. 
İndi isə keçək  başqa bir məsələyə. 
Bu daha  dəhşətlidir. 
Belə ki, Gündəlik-Bakının müxbiri  Bakının üzərindən uçarkən, DİM-in damında  gördüklərindən dəhşətə gəlib. 
Müxbirimiz deyir ki, Dövlət İmtahan Mərkəzinin damında gördüklərim məni dəhşətə gətirdi. 
Məleykə Abbaszadənin rəhbər olduğu qurumun damında yüzlərlə mebel, yumşaq inventar, bayraqlar və daha nələr....nələr....qarın altında qalıb  çürüyür. 
Müxbirimiz deyir ki, bunu görəndə  ucqar kəndlərimizdə  at tövləsinə bənzəyən məktəblərimiz yadıma düşdü. 
Görəsən, Məleykə Abbaszadə, o cür qiymətli  inventarları niyə  məktəblərimizə vermək əvəzinə, qarın altında çürüdür..?
Xanım Abbaszadə, o inventarları Azərbaycan dövlətinin pulu ilə alınıb ee...
Sən öz malını  qarın, yağışın altında çürüdə bilərsən, amma...dövlətin malını çürütməyə haqqın yoxdur. 
P.S. Düşünürük ki, məmurların həbsləri  növbəsi  bir gün Məleykə Abbaszadə və Fatma  Abdullazadəyə də çatacaq.



Xəbəri paylaş

7628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___