Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Məni Ukrayna hadisələri ilə bağlı fəaliyyətsizlikdə və susmaqda ittiham edirlər
Tarix: 06-03-2022 | Saat: 02:51
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Aktual | çapa göndər

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bəyanat yayıb. Səfir sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlara, həmçinin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar fonunda oradakı azərbaycanlıların təxliyəsi ilə bağlı yaranan problemlərə aydınlıq gətirib.

“Məni Ukrayna hadisələri ilə bağlı fəaliyyətsizlikdə və susmaqda ittiham edirlər. İki ay əvvəl keçirdiyim onurğa əməliyyatı ilə bağlı müəyyən problemlərə baxmayaraq, eyni fədakarlıq və məsuliyyətlə Kiyevdə fəaliyyətimi davam etdirdim”, – səfirin bəyanatında deyilir:

“Mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim. Bizim qrupumuzda təxminən 40 nəfər (əsasən qadınlar, yaşlılar və 17 yaşa qədər uşaqlar) var idi. Biz, hər blokpostda dayanaraq Moldova sərhədinə qədər uzun və ağır yol qət etdik”.

Bəyanatda deyilir ki, hamının evakuasiyasını bir anda təşkil etmək mümkün deyil. Kiyevdəki səfirlikdə sutkada 24 saat mümkün olduğu qədər çalışan kişi diplomatlar və mühafizə əməkdaşları qalıb:

“Mənə və öz ailələrini təxliyə edərək Ukraynanı tərk edən digər əməkdaşlara gəldikdə, onlar vəziyyət imkan verdikdə geriyə qayıdacaqlar. Mən də həmçinin. Buna şübhəniz olmasın. Hər kəsdən mənə qarşı layiq olmadığım kampaniyanı dayandırmağı xahiş edirəm. Mənə indi tək fiziki deyil, həm də mənəvi cəhətdən çətindir: anamın vətəni od içindədir, qohumlarım da daxil olmaqla, artıq mənə yaxın olan bir neçə şəxs xəsarət alıb”.


Xəbəri paylaş

6088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___