Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bala Bəhmənli kəndinin sakinləri dövlətə və mətbuata  üz tutub imdad diləyirlər.
Tarix: 12-02-2022 | Saat: 01:29
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / İqtisadiyyat / Hadisə / Aktual | çapa göndər

Ay harayyyy Bağbanı "görüb" bağ satılır!!!!
Ölkə rəhbəri vətəndaşların rifahını yaxşılaşması, sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni iş yerlərinin yaradılması üçün əlindən gələn xidmətlərə xalqın güzəranını yaxşılaşdırmağa çalışır. Xüsusiylə işğaldan azad olan ərazilərin abadlaşdırılmasına böyük diqqət və qayğı göstərilir. Lakin prezidentinin bu addımından bəzi işbazlar qanuna sığmayan əməlləri ilə qaz vurub, qazan doldurmağa çalışırlar. 
Füzuli rayonunun Bala Bəhmənli kəndində 5 min nəfər əhali məskunlaşıb və  bu günə qədər də dövlətdən heç bir tələb irəli sürməyiblər. Bəs nə oldu ki, birdən-birə Bala Bəhmənli kəndinin sakinləri dövlətə və mətbuata  üz tutub imdad diləyirlər?
"Xəbərsiz.az" informasiya Agentliyi  adı çəkilən kəndin sakinlərinin problemləri ilə maraqlandiqda, doğurdan da çox ciddi qanunsuzluqla qarşı-qarsıya qaldıqlarının şahidi oldu. 
Kəndin ərazisində inşa edilən qaz-yanacaq doldurma məntəqəsi sözün həqiqi mənasında kənd sakinlərinin evleri və həyətyanı sahələri il yan- yanadır. Üstəlik tikintinin aidiyyatı qurumlar tərəfindən təsdiqlənmis layihəsi və tikintiyə icazə sənədləri belə mövcud deyil. Bunlar yetməzmis kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi Təyyar Paşayev tikintinin qanunamüvafiq olduğunu təsdiq edən məktuba imza edib. 
Məktubun məzmununda bilərəkdən BalaBəhmənli kəndinin adı çəkilməyib. Sadəcə Bakı-Horadiz yolunun sağ tərəfi qeyd olunub. Hətta yolun hansı kilometri belə gostərilməyib. Bu şəkildə tərtib olunmuş rəsmi məktub birbaşa şəxsi maraqlara xidmət düsuncəsini formalasdırır.
Söylədiklərimin davamı olaraq qeyd edək ki, tikintidə aparilan yoxlama zamanı açıq-aşkar məlum oldu ki, tikinti üçün tələb olunan sənədlər mövcud deyil. Nəticədən aydın olur ki, tikintini aparan hansısa işbaz ən asan yolu seçib. "Bağbanı görüb bağ satılır". Acınacaqlısı odur ki, "satan" da "alan"da
orada yaşayan insanların həyatları üzərində alver etdiklərini gözəl bilirlər. Amma tamah vicdanlı susdurduqda insan həyatının dəyəri ucuzlaşır.
Tərifə Maqsudova


Xəbəri paylaş

5678 dəfə oxunub.

Digər xəbərlər
21-11-2023, 11:56 Tarkandan Bakı rekordu
26-02-2022, 14:05 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___