Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident nöqtəni qoydu - Zəngəzur dəhlizi nəyin bahasına olursa olsun, açılacaq!
Tarix: 07-12-2021 | Saat: 19:11
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər

Əziz Əlibəyli: “Bu artıq Azərbaycanın həm də hərbi əməliyyatları istisna etmədiyinin göstəricisidir”

"Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər".
"Xeberaz.Az"  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşü zamanı deyib.
Sitat: "Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun...’’
Prezident İlham Əliyevin dediyini edən və boşuna danışmayan bir dövlət rəhbəri olduğunu Azərbaycan ictimaiyyəti ilə yanaşı bütün erməni əhalisi, Ermənistanın yandaşı olan ölkələr də bilir və fərqindədirlər. Bu baxımdan, prezidentin bu cür qəti mövqeyini və ‘’...Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq’’, mahiyyətli açıqlamasını düşmən ölkə düzgün oxumalı, nəticə çıxartmalıdır.
Təbii ki, bu bəyanat Qubadakı auditoriya üçün verilməyib və onun hədəf kütləsi xeyli böyükdür. Bu bəyanat əsasən 15 dekabrda Brüsseldə Prezident İlham Əliyevin qarşısında oturacaq N. Paşinyan, onun komandası üçün verilib. Onlara təklif edilir ki, konstruktiv olsunlar, bundan əvvəl, müharibə dövründə ‘’...tarix verin’’ təklifini xatırlasınlar.
Bu bəyanat həm də Azərbaycanın Brüssel danışıqları öncəsi qətiyyətini, mövqeyində israrlılığını və qalib əhval ruhiyyəsinin göstəricisidir.
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır - "İki  sahil"
Əziz Əlibəyli
Brüssel görüşündə nələrin gözlənildiyinə və Paşinyanın bu suala hansı cavabı verəcəyinə gəlincə,  məsələ ilə bağlı  “Yeni Müsavat”a açıqlama verən  siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, Rusiyada baş verən görüşlərdən həmən sonra Paşinyan görüşlərin leqallığına şübhə altına alır: “Birmənalı şəkildə  onun daha çox üstünlük verdiyi təbii ki, Brüsseldir. Amma Rusiyanın imza atdığı və razılaşdırıldığı bir məsələyə Brüssel hansı formada dəstək  verə bilər? Bu Rusiyanın narazı salırsa, onda Ermənistan rəhbərliyi hansı addım atacaq? Azərbaycan hesab edir ki, Soçi görüşünün nəticələri də bundan qabaqki görüşlərin nəticələri kimi onun mövqeyinə uyğundur. Amma  Brüsseldə tamamilə fərqli bir qərarlar qəbul edilərsə,  nəticə olaraq meydana çıxarsa, Azərbaycan buna hansı reaksiya verə bilər. Bu baxımdan Brüssellə bağlı müsbət münasibət bildirmək çox çətindir. Amma bu məsələləri Azərbaycanın ərazi bütövlüyünün tanınması kontekstində nəzərdən keçirsək, yaxud da Avropa ittifaqının həm də bir iqtisadi qurum kimi Azərbaycanı qonşuluq siyasətinə dəvət etsə, tərəfdaşlıq müqaviləsi imzalansa, bir neçə milyardlıq humanitar paketlərlə Azərbaycanı təmin eləsə, bununla yanaşı kommunikasiyalarını açılmasına dair müəyyən kredit bazası formalaşdırsa, o zaman fərqli nəticələr meydana çıxa bilər. Yəni bu Azərbaycan nöqteyi-nəzərindən ikinci-üçüncü ehtimaldır”.
Ə.Əlibəyli birmənalı şəkildə qeyd etdi ki, Moskvasız iki ölkənin başqa bir məkanda, məsələn Avropada müqavilə bağlayıb, onun icra mexanizmlərini meydana çıxartması çətin ola bilər: “Bu birinci növbədə Paşinyan hakimiyyət üçün intihar olacaq. İkincisi Soçi görüşü ilə dilemmalar başladı və dalana dirəndi. Hökumətlərarası komissiyanın iclası gecikdi. Orada nəzərdə tutulan müddət bu ayın sonuna qədər mexanizmlərin formalaşdırılmasına dair konkret addımların atılmasını nəzərdə tuturdu. Bu baş vermir və Azərbaycan tərəfi artıq, prezidentin konkret olaraq yekun fikrində dediyi kimi, mövqeyini ortaya qoydu ki, Zəngəzur dəhlizinin nə vaxt açılacağını bizə desinlər”.
Siyasi şərhçinin sözlərinə görə, bu artıq Azərbaycanın həm də hərbi əməliyyatları istisna etmədiyinin göstəricisidir: “Əlbəttə ki, proseslərin hərbi, eyni zamanda diplomatik və  rəsmi Qarabağdan Zəngəzura köçürülməsi anlamını özündə daşıyır. Ümumilikdə isə bu fikirlə bağlı həmin o ifadələri səsləndirmək lazımdır. Ermənistan tərəfi Soçi görüşlərinin nəticəsinə uyğun olaraq bu dəhlizi açmağa çalışmır. Amma belə bir fərqli ehtimallar da irəli sürmək olar ki, Ermənistan Rusiya ilə Soçidə hansısa dividentlər əldə edib və bunun davamı kimi Brüsseldə daha böyük dividentlər əldə etmək imkanı əldə edə bilər. Yeri gəlmişkən, bu Paşinyanın bir növ istisna edilən, amma gizli şəkildə nəzərdə tutduğu məqsəddir. Əslində o da razıdır, sadəcə olaraq məğlub ölkənin həm iqtisadiyyatının bərpası, hərbi, sosial vəziyyətin düzəldilməsi, həm investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı dəstək umur. Amma ümumilikdə hazırkı vəziyyət bundan ibarətdir. Azərbaycan da təbii olaraq, hərbi ritorikalı da getdikcə sərt şəkildə artırmaqdadır”.


Xəbəri paylaş

7158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___