Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əziz Əzizov 30 illik işğal altında olan torpaqlarımızın...
Tarix: 12-11-2021 | Saat: 15:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Ekskluziv / Qarabağdan xəbər var | çapa göndər

Tarixi Zəfərlə başa çatan Vətən müharibəsinin qəhrəmanı Əhmədli Qardaşxan Elxan oğlunun adının əbədiləşdirilməsi məqsədilə noyabrın 10-u ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi Südçülük sovxozu adlandırılan yaşayış sahəsində inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimi keçirilib.Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, RİHB yanında Şuranın üzvləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, YAP Suraxanı rayon təşkilatının və Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.

Şəhidimizin üzünü görmədiyi övladı Nişanə balanın milli vətənpərvərlik ruhunda  böyüyüb vətənə layiq övlad olmasını diləyən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 30 illik işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışaraq bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. 

Həmçinin, bulaq-abidə kompleksinin açılış mərasimində 118 saylı tam orta məktəbin şagird kollektivi vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər.

Qeyd edək ki, Qardaşxan Əhmədli Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.



2458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___