Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tər-tər həqiqətlərinin təhrifi kimlərin marağındadır?
Tarix: 04-11-2021 | Saat: 15:03
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var | çapa göndər

Azərbaycan xalqı bir il bundan öncə 44 günlük müharibənin tarixi sevincini yaşayarkən  ictimaiyyətin diqqəti bir anda "Tər-tər hadisələri" adlı hərbi cinayətə yönəldildi. Xalq öz mövqeyinə və düşüncə tərzinə uyğun olaraq  hərbiçilərə qarşı törədilmiş cinayətdə günahkar axtarmağa başladı. Çox təəssüf ki, ictimaiyyətin çoxu satılmış mətbuat orqanlarının yalan informasiyasına inanıb, həqiqətdən uzaqlaşdılar Baş verənlərlə bağlı əli qələm tutan bir çox kəslər tələm-tələsik mövde bildirməkdən də belə çəkinmədilər. 
Əlbətdə ki, Tər-tər hadisələri vətəndaş və jurnalist olaraq məni də qədərindən artıq üzdü. Lakin üzüntüm reallığı araşdırmama heç bir ənğəl olmadı. Ən başlıcası isə bir əsgər anası olaraq həqiqətin kökündə nələrin dayandığını öyrənməyi özümə borc bildim. Bu məqsədlə araşdırma apardım. Bəraət almış bir neçə zərərçəkmiş ( adlarının acıqlanmasını istəmədilər) hərbçilərlə görüşüb, təfəkkürümdə hadisələrin gedişinin tablosunu yaratdım. 
2016-cı ilin aprel döyüşlərindən dərhal sonra baş verən Tər-tər hadisələri bütün detalları ilə  sanki o dövrdə  düşmənin əlindən alınmış mövqenin qısası kimi görünməyə başladı. Bəhs etdiyimiz dövrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuru, qəlbi Azərbaycan xalqına qarşı kinlə bəslənən Nəcməddin Sadıqovun  yazdığı ssenarisinin və yerlərdəki "oyunçularının" vətənə xəyanəti kimi görünür.
Baş vermiş hadisələrdə adı xüsusilə vurğulanan və N.Sadıqova yaxınlığı ilə bilinən  Fuad Ağayevin canfəşanlığı daha qabarıq diqqəti çəkir.
Öz sahiblərindən əmr alan bu səxlər və tabeciliyindəkilər  109 hərbiçini "vətənə xəyanət" adı ilə həbs edərək işgəncələrlə məruz qoyublar. Çox təəssüf ki, bu hall yaşanıb və heç bir halda baş verib cinayəti danmaq olmaz. Lakin "hərbiçilərə qarsı qəddar cinayət hadisəsi yaşanıb" deyə şəhr verdikdə həqiqəti unutmaq vicdansızlıq olar. 
Danmaq olmaz ki, hadisələrin başlandığı ilk günlərdə günahı-gunahsiz bir çox hərbiçi yuxarıda adlarını qeyd etdiyim şəxslərin tapşırığı ilə sorğuya alınıb və təəssüf ki, ağır işgəncələrə məruz qalıblar. Hadisədən xəbər tutan Respublika Hərbi Prokurorluğu dərhal hadisəyə müdaxilə edib və işgəncələr dərhal dayandırılıb. Bundan sonra işin istintaqını Respublika Hərbi Prokurorluğu öz üzərinə götürür. Baş verənlərlə bağlı üç istiqamətdə istintaq işi başlanılır. Əlbətdə ki, istintaqin gedişatını tam detalları ilə sadalamaq mümkün deyil. Araşdırmamızın detallarından sadəcə  olaraq onu söyləmək istərdim ki, Hərbi Prokurorluğun müdaxiləsindən sonra öncə işgəncəyə məruz qalmış hərbiçilərin sayı müəyyənləşdirilir. Ardından işgəncə edənlərin hərəkətləri barədə cinayət işi qaldırılır. Nəhayət sonda işgəncə görmüş günahsız hərbi qulluqçular bəraət almaqla adları təmizə çıxır. Cinayət törətməkdə və işgəncə verməklə insan həyatına son qoyan cinayətkarlar barəsində istintaq işi açılır və bəziləri ömürlük, bəzilərində uzun müddətlik azadlıqdan məhrum edilirlər. Bütün bunlarsa birbaşa Respublika Hərbi Prokuroru Xanlar Vəliyevin sayəsində həyata kecirilir. İşgəncələr zamanı dünyasını dəyişən Elçin Quliyev və bir çoxlarının həqiqətən də düşmənlə iş birliklərinin olması sübuta yetirilmişdir. Oğlu Elçin Quliyevin vətənə xəyanət etməsi ilə razılaşan və barışa bilməyən Validə Quliyevaya həqiqətlər tam çılpaqlığı ilə izah edilmişdir. Ana övladının ölümü ilə razılaşmasa da reallığı qəbul edib "Tər-tər hadisələri"adı ilə ölkə gundəmi çalxalandırılana qədər susub oturmuşdu. Bəs nələr baş verdi ki, hadisələrinin gedişindən dörd il otdukdən sonra yenidən ortaya atıldı? Həm də elə bir vaxtda ki, düşmən üzərində tarixi qələbənizdən dərhal sonra. Hadisələrin yenidən gündəmə gətirilməsi zaman ayarlaması ilə düşünülmüş addım idi. Hətta şəxsi qənaətimə görə bir qrup xarici qüvvələrə xususiylə Rusiyaya xidmət edən şəxslərin ölkəyə qarşı təxribatıdır. Millətin şüurunu zəhərlənməyə və  formalaşan yeni nəslin duşuncələrini qarışdırmağa xidmət edən xarici qüvvələr ölkə daxilində öz maraqları xatirinə hər zaman iradəsi zəif varlıqları bəsləyir. Geniş Maddi imkanlara yaradır. Qədərsiz əməllərini dəyərli ölçüdə qrantlarla mükafatlandırıb, şişirdir. Təbii ki, zaman gəlincə maraqlarına xidmət üçün kölələri ordusunundan yararlanın. Belə ünsürlərdən biri hal-hazırda özünü böyük insan hesab edən Qurban Məmmədovdur. Bu Qurban o Qurbandır ki, 
Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Namiq Abbasov  1998-ci ildən onun Rusiyanın casusu olduğunu ictimaiyyətə açıqladı.

Qurban Məmmədovun iç üzünü ictimaiyyətə çatdıran ikinci bir şəxs öz silahdaşı Ruslan adlı şıxs oldu


Ruslan Məmmədov Tər-tər hadisələri zamanı zərərçəkmiş şəxs qismində tanınıb. Bu gün Qurban Məmmədov o dövründə incidilmiş insanları başına toplayaraq, guya həqiqət axtarışına çıxıb. Əslində bu insanların haq və hüquqlarının qorunması onun zərrə qədər marağında deyil. Sadəcə məqsədinə çatmaq üçün bu insanlardan nərdivan və ya tramplin kimi istifadə edilir. Nəhayət həqiqəti anlayıb, gerçəkləri üzünə söyləyən Ruslan Məmmədovu təhlükəli fiqur bilib telefon nömrələrini bloklayır.(video2). 

Əslində biz Ourban Məmmədovun boynuna salınmış xaltanın hal-hazırda kimlərin, hansı qüvvələrin əlində olduğunu bilirik. 

Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək postunu itirən Nəcməddin Sadıqov ölkədən qaçsa da, ölkədəki kölələri sayəsində çirkin əməllərini yerinə yetirməyə çalışırlar. Bunun üçün özünü siyasətçi hesab edən Qurban Məmmədovu  orduya və Respublika Hərbi Prokurorluğuna qarayaxma vəzifəsi ilə görəvləndirib. Əgər belə olmasaydı dörd il bundan öncə oğlu ölmüş Validə Quliyeva niyə bir dəfə olsun ölkə prezidentindən kömək istəmədi? Oğlunun bəraətinə calısmadı? 

Görünən bu ki, onun və onun kimi insanların duyğuları bir qrup vətən xainlərinin əlində xammaldır. O xammaldan yararlanaraq şanlı qələbəmizə kölgə salmağa çalışan qüvvələr var. Nə yazıq ki, o qüvvələrin ardından gedən insanlarımız da az deyil. Lakin ataların belə bir deyimi var:-"Haqq nazirlər, qırılmaz". Haqqı qırılmağa qoymayanda Respublika Hərbi Prokuroru Xanlar Vəliyev oldu. Yaxşı ki, xalqın bele qeyrətli oğulları var. Əks halda N. Sadiqovlar, Q.Məmmədovlar milləti uçurumdan aşağı atmağa mövqe güdürlər.

Tərifə Maqsudova.






Xəbəri paylaş

7658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___