Nizami rayonunda şəhidlərin xatirə guşəsinin tikintisi davam etdirilir – Görülmüş işlərə baxış keçirilib - Fotolar
Tarix: 02-10-2021 | Saat: 13:21
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər
Bakının Nizami rayonunda şəhidlərin əziz xatirəsini əbədiləşdirmək istiqamətində işlər davam etdirilir.
Hazırda rayon ərazisində bir neçə şəhidin xatirə barelyefi və guşəsi hazırlanır.
Bu gün Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədri Ramil Vəlibəyov və Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin sədri Ramin Əhmədov işlərlə tanış olmaq məqsədilə xatirə guşələrinin salındığı ünvanlara baş çəkiblər. Hazırda rayon ərazisində Vətən Müharibəsi şəhidləri İlkin Rzayev və Oqtay Ağabəyovun xatirəsinə həsr olunmuş guşələrin tikintisi və ətraf ərazinin abdlaşdırılması işləri davam etdirilir.
İşlərin nəzərdə tutulmuş qrafik üzrə getdiyini deyən icraçılar, hazırda layihələr üzərində son tamamlama işlərinin aparıldığını bildiriblər. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərinin daha da sürətləndirilməsi ilə bağlı icraılara müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, şəhidlərin xatirə guşələrinin hazırlanması ilə paralel olaraq, Nizami rayonu sakini olmuş, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun oxuduğu və onun adını daşıyan 229 saylı məktəbin həyətində qəhrəmanın büstü də hazırlanır. Bu layihəni də Missiya Media Qrupu və YAP Nizami Rayon Təşkilatı birgə həyata keçirir
Yaxın günlərdə Nizami rayonunun digər ünvanlarında da Vətən Müharibəsi şəhidlərinin xatirə guşələrinin açılış mərasimi keçiriləcək. Bu günə qədər Nizami rayonunun müxtəlif ünvanlarında bir neçə belə şəhid xatirə guşəsinin açılış mərasimi keçirilib.
Xəbəri paylaş
4858 dəfə oxunub.
Digər xəbərlər

6-02-2022, 09:38
Məktəb direktoru müəllimi TƏHQİR ETDİ – “Ay eşşək, ay sıpa, ay qaban səni öldürtdürəcəyəm” – VİDEO 16+
13-04-2017, 14:05
Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri görüşəcəklər
23-08-2021, 11:10
“Delta” ştammının yaşa görə əlamətləri açıqlandı
14-08-2018, 18:49
Füzulidə avtomobil yollarının tikintisinə 4,7 milyon manat ayrılıb
28-04-2017, 16:31
Dünyanın ən yaxşı 10 məşqçisi-Siyahı
27-04-2016, 23:48
Cəbhədə yenə atəşkəs pozuldu
24-07-2015, 19:27
Azərbaycanda yeni universitet yaradıldı
22-08-2017, 11:49
Dondurmanın xeyirləri və zərərləri
8-05-2016, 11:42
Kamal Abdulla akademik seçildi