Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çıxışı xalqın hiddətinə səbəb olan direktor İcra başçısının həyata yoldaşı imiş-VİDEO
Tarix: 28-09-2021 | Saat: 14:57
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Təhsil / Araşdırma | çapa göndər

Çıxışı xalqın hiddətinə səbəb olan direktor İcra başçısının həyata yoldaşı imiş-VİDEO

DogruXeber.az: - Bakının Binəqədi rayon, Sulutəpə qəsəbəsində yerləşən 217-saylı orta məktəbində 27 sentyabr şəhidlərimizin anım gününə həsr olunmuş "zəfər bayramı" qeyd olunub.

Bəli, cümləmizin baş-ayaq olduğunun biz də fərqindəyik. Amma, bu bizim günahımız deyil ki, bizim fikirlərimizi tədbiri keçirən məktəbin direktoru Bənövşə Cəfərova şəxsən özü qarışdırıb.



Belə ki, rəhbərlik etdiyi təhsil müəssisəsində keçirilən tədbirin nəyə həsr olunduğundan bixəbər olan bu xanım, görünür ölkədə baş verənlərdən də xəbərsizdir.

Əslində heç məktəb direktoru kimi demirik, vətəndaş olaraq da bilməli olduğu qanla yazılmış tarixi Bənövşə Cəfərova ya cəmi bir ilə unudub, ya da ümumiyyətlə o ərəfədə ölkədə baş verənlərdən məlumatsız olub.

"DogruXeber.az" bildirir ki, sözügedən tədbirdə həmin məktəbin direktoru olaraq çıxış edən Bənövşə Cəfərova 44 günlük müharibə müddətini "24 günlük müharibə", müharibənin başlandığı 27 sentyab tarixini isə "zəfər bayramı" olaraq səsləndirib. Maraqlıdır ki, xanımın çıxışına yanında onu dinləyən müəllim kollektivi nəyinki, heç bir reaksiya vermir, hətta görüntülərdə də gördüyünüz kimi, hələ üstəlik alqışlayırlar da.
"Bir gündə bu qədər "məşhur" olan məktəb direktoru kimdir?" - deyə, internet üzərindən kiçik bir axtarış, araşdırma etdik.

Araşdırmalarımız zamanı bəlli oldu ki, Bənövşə xanım Cəfərova sən demə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin həyat yoldaşı imiş.

1950-ci il təvəllüdlü, ömrünün 72-ci payızını yaşayan xanım direktorun təhsili və fəaliyyəti haqqında da qısaca məlumat tapdıq.
Bəlli oldu ki, Bənövşə xanım Gəncə Dövlət Pedaqoji institutunu bitirib.

(Bizim tərəflərdə Gəncə Dövlət Pedaqoji institutuna camaat oxuyan deyirlər. "Kimsəni naümid qoymayan" ali təhsil müəssisəsi). Sözügedən bu institutun haqqında camaat arasında yayılan söz-söhbətləri də hələlik bir tərəfə qoyuruq. Bənövşə xanım 1950-ci il təvəllüdlüdür və ixtisasca dil-ədəbiyyat müəllimədir. Peşə fəaliyyətinə 2007-ci ildən, yəni 57 yaşında başlayıb.

Bu məlumatı öyrəndikdə, doğrusu yuxarıda kənara qoyduğumuz, sözügedən institut haqqındakı söz-söhbətləri təkrar alıb, mövzunun içinə gətirdik.

Bir müəllim təqaüd yaşına (65 yaş) lap az qaldığı bir vaxtda niyə ilk fəaliyyətinə başlasın ki?

Məntiqlə, belə çıxır ki, o ya təhsili yeni alıb, ya da çoxdan alsa da işə qəbul imtahanlarında lazımi nəticəni o yaşında göstərdiyi üçün, elə o yaşında da işə başlayıb.

Yəni, ali təhsil almaq üçün 50-dən yuxarı yaşda imtahan verib, ali məktəbə qəbul olmaq, absurd görünür.
Başqaları üçün deyə bilmərik, ən azından Bənövşə xanım üçün bunu düşünmək absurddur. İkinci ehtimal, işə qəbul imtahanlarında lazımi nəticələri toplaması fikri də ümumiyyətlə inanılacaq bir şey deyil.

İnanmamağımıza da əsas verən, xanımın hətta görüntüləri lentə alan sagirdlərin belə gülüşünə səbəb olan, savadsız çıxışıdır.

Yüksək vəzifəli şəxslərin (həyat yoldaşı Alı Qocayev, qudası Oktay Əsədov) əhatəsində olan məsuliyyətli vəzifənin sahibi Bənövşə xanım Cəfərovanın görünür məktəbində təhsil alan şagirdlərdən öyrənəcəyi hələ çox şeylər var.

Yaşının 72 olması o demək deyil ki, öyrənmək vaxtı deyil. İnsan Allah verdiyi ömrü bitirənə qədər öyrənir.

Amma, hazırkı yaşda olması o deməkdir ki, o yüzlərlə şagirdin təhsil aldığı müəssisənin rəhbəri vəzifəsində deyil, özünün nəvələri, nəticələri ilə vaxt keçirən dövrüdür.

Nədənsə, son 7 ildə Təhsil Naziri kürsüsündə "praktika keçən" nazirlərin hamısı buna göz yumub.

Yoxsa, deyəcəklər: - "yaşlı kadrların təcrübəsindən yararlanmaq üçün hələ də onların vəzifəsini davam etdirməsinə əngəl olmurlar?".

Məsələn, elə Bənövşə xanımın o "təntənəli çıxışıdan süzülən savadı" kimin nəyinə gərəkdir?!

Bundan sonra həm media qurumu, həm də mövcud biyabırçı olayların baş verdiyi ölkənin vətəndaşı olaraq, bizim üçün bundan sonra Təhsil Naziri Emin Əmrullayevin Bənövşə Cəfərova barəsində atacağı addım çox maraqlıdır.

Odur ki, məsələ diqqətimizdədir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!


Xəbəri paylaş

2878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___