Abşeron rayonu Xırdalan şəhərində vətəndaş Samir Quliyevə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər zərərçəkəni tamah niyyəti ilə yumruq və təpiklə vuraraq ona zor tətbiq edib “Mersedes” markalı avtomobilini və 1 ədəd mobil telefonunu əlindən alıblar. Hadisə barədə həmin şəxs Abşeron Rayon Polis İdarəsinə məlumat verəndən dərhal sonra cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Babaş Məmmədov və tanışı Turan Bəhərzallı tutularaq istintaqa təqdim olunublər. Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləıri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə Xırdalan şəhəri ərazisində Namiq Mikayılzadə və qardaşı Rəhimə qarşı zor tətbiq edərək, üzərlərində olan bıçaqla onları hədələyib 180 manat pullarını alan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Ülvi Əliyev, Nahid Musayev, əvvəllər məhkum olunmuş Ənvər Hüseynov, Miribrahim Əliyev, Xəyal Əlilli və Rəhman Mehtiyev tutulublar. Araşdırma zamnı müəyyən edilib ki, bu şəxslər zərərçəkən qardaşların olduğu avtomobilin qarşısını kəsərək onlara fiziki zor tətbiq edib pulları quldurluq yolu ilə əldə ediblər.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ciayət işləri başlanılıb. Bu şəxslərin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Sürücünü döyərək avtomobilini və telefonunu əlindən aldılar - VİDEO
Tarix: 16-09-2021 | Saat: 19:58
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Reportaj | çapa göndər
Xəbəri paylaş
4258 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-09-2021 | Saat: 19:58
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Reportaj | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
25-08-2015, 02:00
Cahangir Hacıyevin bacanağı həbs edildi
22-09-2015, 20:17
Prezident fəxri adların verilməsi haqqında sərəncam imzalayıb
1-04-2016, 23:36
Sarışın müğənni yeni imicdə - fotolar
14-01-2017, 01:09
Aparıcı Zaur üzünü hamıdan gizlətdiyi qızının FOTOSUNU paylaşdı
18-03-2023, 12:24
DSX-nin sistemi çökdü - Təyyarə reysləri gecikdi
29-03-2019, 10:12
Türkiyədə dronlu əməliyyat: azərbaycanlı fahişələr tutuldu
25-06-2018, 17:02
Seçiciləri Jalə Əliyevanın fikirlərini dəstəkləyir,amma...
6-04-2017, 12:41
Bakıda kofe rəngində benzin - Video