Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DİN: Bəziləri polis görəndə maska taxırdı, mülki geyimli polislər buna son qoyacaq – VİDEO
Tarix: 29-08-2021 | Saat: 15:13
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Səhiyyə / Həftə-Reytinq | çapa göndər

Müşahidələrə əsasən, vətəndaşlarımız ictimai nəqliyyatda, qapalı məkanlarda polis görəndə “tibbi maskadan istifadə edirəm” görüntüsü yaratmağa çalışırdı.  Mülki geyimdə olan polislərin xidmət aparması vətəndaşlarda arxayınlıq yaranması məsələsini kökündən həll etmək üçün ortaya qoyuldu.
Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, polisin mülki geyimdə xidmət göstərməsi beynəlxalq təcrübədə də var:
“Qanunvericiliyə əsasən polis zərurət olduqda mülki geyimdə xidmət edə bilər. Bununla bağlı ayrıca norma var. Təhlillərimiz göstərir ki, artıq vətəndaşlarımız ictimai nəqliyyata daxil olan zaman hansısa şəxsin polis olmasından və cərimə yazmasından ehtiyat edir. Ona görə də bu işin daha effektiv genişləndirilməsi və sağlamlıqla bağlı mühafizəni gücləndirmək çox ciddi diqqətdə saxlanılır. Xüsusən də bu, böyük şəhərlərdə həyata keçirilir ki, vətəndaşlarımız tərəfindən qaydalara əməl olunsun.  Polisin, dövlətin heç bir halda vətəndaşı cərimələmək kimi marağı, istəyi yoxdur”.
E. Hacıyev onu da qeyd edib ki, xəbərdarlıq etmədən polisin karantin qaydalarını pozan vətəndaşı cərimələməsi tam qanuna uyğundur:
“ İnzibati Xətalar Məcəlləsinin 211- ci maddəsinin sanksiya hissəsində xəbərdarlıq anlayışı yoxdur. Yalnız cərimə və inzibati həbs var”

 







Xəbəri paylaş

3688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___