Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Kəramət müğənniyə aid olmayan suallar verərərək, özü üçün şou yaratdı" - AÇIQLAMA
Tarix: 13-08-2021 | Saat: 14:11
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Şou-Biznes / Həftə-Reytinq | çapa göndər

"Kəramət müğənniyə aid olmayan suallar verərərək, özü üçün şou yaratdı" -AÇIQLAMA


Kəramət  Böyükçölün, "Bir alim adı çəkə bilərsiniz?"  sualından sonra yayımın dayandırmasını istəyən müğənni Damla gündəm mövzusuna çevrilib.  Belə  ki, yazıçı Kəramət Böyükçölün suallarını cavablandırmaqda çətinlik çəkən Damla gərgin anlar yaşayıb. Ölkə mətbuatında gündəmə  çevrilən veriliş isə "YouTube" platformasında paylaşılmayıb. 
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən müğənninin prodüseri Şamil İbrahimov, Kəramətin bu hərəkətini qınayaraq, onun təkcə Damlaya deyil, sənət adamlarına qarşı hörmətsizlik etdiyini  dilə gətirib:
"Kəramət mənə 3-4  dəfə zəng edərək, Damlanın verilişinə  çıxmasını  xahiş edib.  Damla xanım, Kəramət  Böyükçölə müsahibə  vermək istəmirdi. Mənimlə də  danışanda dedi ki,  heç bir siyasi  söhbət olmayacaq.  "Mənim Damla xanıma böyük hörmətim var, şou-bizneslə  bağlı suallar olacaq" deyə Kəramət bildirmişdi. Bundan sonra Damla razı oldu.  Müsahibəyə  gəldik, oturduq. Kəramət kameranı  görən kimi dəyişdi".
Həmçinin də,  Şamil İbrahimov, Kəramətə ilk sualını  verdikdən sonra, ona veriliş belə suallarla davam edəcəksə, yayımı tərk edəcəyini bildirib:
"Elə, ilk sualı bu  oldu: "Flora Kərimova deyib ki,  müxalifət  yoxdur. Bu sözünə  görə, ona orden verdilər. Siz də  deyin, sizə də orden versinlər" sualına Damla, "O orden Flora xanımın əməyidir, haqqıdır",- deyə cavab verdi. Mən isə  Kəramətə bu suallar nədir, belə danışmamışdıq dedim. Çox keçmədi ki, yenə qalmaqallı sual ünvanladı. Bu zaman müsahibənin dayandırılmasını  tələb etdik. 1 saatlıq müsahibə 24-cü dəqiqəsində dayandırıldı. Bildirdik ki, yayıma verilməsin. Amma Kəramət bunu yayıma verəcəyini bildirdi. Razılaşdıq ki, montaj olunub, baxıldıqdan sonra "YouTube" yüklənsin. Yarım saat  keçməmişdi ki, feysbukun "dağıldığını" gördük. Ağlına nə  gəlmişdisə yazıb, paylaşıb".
Şamil İbrahimov hazırda müsahibənin "YouTube"dan silindiyini  deyib:
"Bu insanla 3 gündür əlaqə  saxlaya bilmirdim. Bəlkə də  500 dəfədən çox zəng etmişəm. O, yazıçı deyil, şou-biznes adamı imiş, xəbərimiz yoxmuş. Orada ciddi bir şey yoxdur. Sadəcə müğənniyə aid olmayan suallar verərərək,  özü üçün şou yaratdı. Kanalının izləmənməsinə, izləyici  sayının artmasına yol tapdı. Bu hüquqların pozulmasıdır. Əlaqəsiz suallarla, müğənnini çətin vəziyyətə saldı. Hamı Teymur Əmrah deyil ki, hər şeydən məlumatı  olsun".


Xəbəri paylaş

3688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___