Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycana daha 20 ölkədən uçuşlar başlayır - bu gündən...
Tarix: 05-08-2021 | Saat: 06:50
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Dünya / Həftə-Reytinq | çapa göndər

Azərbaycana daha 20 ölkədən uçuşlar başlayır -bu gündən...



Bu gündən Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilir.
"Xeberaz.Az" -əbər verir ki, bu, Nazirlər Kabinetinin 2 avqust 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:
- Almaniya Federativ Respublikası;
- Avstriya Respublikası;
- Belçika Krallığı;
- Çexiya Respublikası;
- Danimarka Krallığı;
- İrlandiya Respublikası;
- İspaniya Krallığı;
- İsveç Krallığı;
- İsveçrə Konfederasiyası;
- Kanada;
- Lüksemburq Böyük Hersoqluğ
- Malta Respublikası;
- Niderland Krallığı;
- Polşa Respublikası;
- Portuqaliya Respublikası;
- Serbiya Respublikası;
- Sinqapur Respublikası;
- Sloveniya Respublikası;
- Slovakiya Respublikası;
- Yunanıstan Respublikası.
Həmin ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında icazə verilir. Bu şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.
 


Xəbəri paylaş

7018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___