Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağda tutulan ermənilər 15 il azadlıqdan məhrum oldular
Tarix: 31-07-2021 | Saat: 00:14
Bölmə:Bütün xəbərlər / M / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var | çapa göndər

Qarabağda tutulan ermənilər 15 il azadlıqdan məhrum oldular

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.
 
Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.
 
Onlar son sözlərində məhkəmədən bağışlanmalarını istəyiblər:
 
"Məhkəmədə və istintaqda olan işçilərin hamısına təşəkkür edirik. Onlar bizə yaxşı münasibət göstərdilər".
 
Prosesdə hökm oxunub. Hökmə əsasən, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdırlar.
 
Onlar cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.


Xəbəri paylaş

3648 dəfə oxunub.

Digər xəbərlər
25-02-2019, 12:33 Qiymətlər niyə qalxıb?

bütün xəbərlər
____ Instagram ___