Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Narkotik təkcə səni yox, sevdiklərini də öldürəcək…Seçimini yaxşı düşün…!-RAQİF ALLAHVERDİ YAZDI
Tarix: 26-07-2021 | Saat: 12:08
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Səhiyyə / Gənclərimiz / Aktual | çapa göndər


Narkotik vasitələrdən asılılıq təkcə istifadəçiyə yox, eyni zamanda, onun ailəsinə də öz mənfi təsirini göstərir.

Zamanla bu təsir bir-birinə qarşı münasibətin fəsadlarını dərinləşdirir.

Narkotik asılılıq eyni zamanda, bir ailə xəstəliyidir.

Ailə daxilində narkotik asılılıq problemi olan ailə üzvünün narkotik vasitələrdən istifadəsi digər üzvlərin davranışlarına və bir-birinə qarşı olan münasibətlərinə neqativ təsir göstərir. Və əlbəttə ki, bu mənfi münasibətlərin nəticəsində ailədaxili xaotik vəziyyət meydana gəlir.

Formalaşan gərgin vəziyyət isə narkotik asılılıq problemi yaşayan və bundan xilas olmaq istəyən şəxs üçün əsas risk faktorudur.

Narkotik asılılığın müalicəsini stimullaşdırmaq üçün bütün ailə üzvləri bu vasitələrdən istifadəyə sürükləyən davranışların fərqində olmalı, eyni zamanda, münasibətləri tənzimləyən yeni bir sistem formalaşdırmalıdırlar.

Bunun üçün isə narkotik asılılıq problemi yaşayan şəxsə qarşı münasibətdə ailə daxilində dəyişiklik yaratmaq ən vacib detallardandır.

Tənqidi, aşağılayıcı üslubda olan yanaşmaların yerinə anlayan, dinləyən və problemə kömək etmək istəyən obrazda çıxış etmək, dərinləşməyə meyilli olan yaranın əksinə sürətli sağalması üçün münbit şərait deməkdir.

Bir insanı yenidən cəmiyyətə qazandırmaq və sosial məsuliyyəti dərk etmək üçün səy göstərmək ailə üzvlərinin əsas vəzifəsi olmalıdır.

Bundan başqa, konkret qaydalar qoyulmalı və ailə daxilində əsas istiqamətverici şəxs zərərli vərdişlərin alüdəçisi xüsusilə narkotik istifadəçisi olmamalıdır. Beləliklə, ailə üzvləri narkotik asılılığın qarşısına keçərək, birlikdə buna qarşı mübarizə aparmalıdırlar.

Bu-yeni yanaşma narkotik asılılıqdan əziyyət çəkən şəxsdə güvən və inam yaratdıqda psixoloji gərginliklərdə narkotik vasitə yerinə müsbət enerji aldığı ailəsinə sığınmaya başlayacaqdır.

Narkotikdən asılı olan şəxslə necə davranmalıyıq?

Onu anladığınızı hiss etdirin: Səhvlərini başa düşdüyünüzü, sadəcə, etdiklərinin ( yəni seçiminin ) doğru olmadığını ifadə edin: Tənqidi və nəsihət xarakterli fikirlər bildirməkdən çəkinin: Narkotik vasitələrin asılılıq yaratmasından məlumatlı olduğunuza və bu asılılıqdan xilas olmaqda ona kömək edəcəyinizə inandırın.

Biz bilməliyik ki, narkotik vasitələrdən asılı olmağın iradə ilə heç bir əlaqəsi yoxdur. Hər bir kəsin narkotik vasitələrdən asılı olma risqi vardır. Narkotik asılılıq bir anda formalaşmır. Heç kim asılı olmaq üçün narkotikdən istifadəyə başlamır.

Əsasən narkotik istifadəçiləri ilk anlarda qəbul etdiyi maddələri “bir dəfə isitfadə ilə bir şey olmaz” düşüncəsi ilə test edərlər və sonra da buna nəzarət edə biləcəyini zənn edərək müntəzəm istifadəyə başlayarlar.

Narkotik asılılığın formalaşması şəxsin istifadə etdiyi maddənin növünə, gündəlik istifadə miqdarına, fiziki və psixoloji durumuna görə dəyişir. Narkotik asılılıq çətin olsa da, şəxsin istəyinin dərəcəsinə müvafiq olaraq müalicə oluna bilən beyin xəstəliyidir.

Sadəcə, narkotikdən asılı olan şəxs istifadəni dayandırmaq üçün mütləq şəkildə ixtisaslaşmış tibb müəssisələrində müalicə almalı və bu prosesdə ailə üzvlərindən dəstək görməlidir.

Bu kimi əsas amillər istifadəçinin orqanizmində baş verən mənfi dəyişikliklərin qarşısının tez bir zamanda alınmasına səbəb olacaq.

Cəmiyyətimizi qoruyaq!

Sosial məsuliyyətimizi hiss edək!

Birlikdə olaq!

Dəstək olaq!

Raqif ALLAHVERDİ




Xəbəri paylaş

7968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___