“Leyla ilə boşandığımızı atama deyəndə söylədi ki, axmağam” - Emin Ağalarov
Tarix: 22-07-2021 | Saat: 06:00
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Məşhurların Taleyi | çapa göndər
“Bizim boşanmağımız haqda hamı KİV-dən öyrəndi. Atama boşandığımızı deyəndə söylədi ki, axmağam”.
“Yeni Sabah” xəbər verir ki, bunu Məşhur ifaçı Emin Ağalarov Kseniya Sobçaka müsahibəsində deyib. O, qeyd edib ki, hazırda Leyla Əliyeva ilə münasibətləri yaxşıdır: “Biz bacı-qardaş kimi olmuşuq. Müntəzəm olaraq zəngləşirik, şəxsi və şəxsi olmayan mövzuları müzakirə edirik. İlk gündən münasibətlərimiz isti idi, bundan qazanan uşaqlar oldular.
Biz ortaq qərarla düzgün yol seçdik. Bu gün Leyla ilə olan münasibətlərimiz əvvəlkindən daha yaxşıdır. Hesab edirəm ki, bir dövr olub ki, o məndən inciyib.
O vaxt mənim Azərbaycanda heç bir biznesim yox idi. Həmişə prezident tərəfdən tam dəstək hiss etmişəm, indi də elədir. Hətta qürrələnə bilərəm - cənab prezident bir neçə il əvvəl mənə Azərbaycanın Xalq artisti adını verib. Həmin vaxt biz artıq Leyla ilə ayrılmışdıq. Bu, onun şəxsən imzaladığı yüksək mükafatdır və buna görə ona minnətdaram”.
E. Ağalarov daha sonra Alyona Qavrilova ilə boşanmasından da danışıb: “Problem daha çox məndə idi, həyat tərzimdə, dünyagörüşümdə. Kənardan elə görünür ki, mənimlə asandır, amma əslində belə deyil. Yəqin ki, istənilən qadına mənimlə çətin olar. Hər şey mən istədiyim kimi olmalıdır, başqa cür ola bilməz. Beynim hər şeyi anlayır, ancaq güzəştə gedən adam kostyumu geyinmək hələlik mənlik deyil. Bu istiqamətdə işləməyə başlamışam. Beynimi qurdalamağa başladım, psixoloqa getdim, o da mənə kömək etməyə çalışır”.
Xəbəri paylaş
5418 dəfə oxunub.
Digər xəbərlər

29-10-2016, 19:03
Bəstəkar hüquqşünas Vüqar Əhmədi təbrik etdi: "Vüqar çox obyektiv bir professor kimi"
12-03-2021, 09:56
DYP-dən sürücülərə MÜRACİƏT
30-04-2015, 20:06
“Nar”ın binasında uçqun: Xəsarət alan var
17-03-2018, 12:28
Məcburi dövlət sosial sığorta sahəsində borclar silinib
17-01-2023, 11:55
Bələdiyyə sədrinin saxta əməlləri cəzasızmı qalacaq ? - VİDEO
15-09-2023, 08:36
“Lexus” işıq dirəyinə çırpıldı - Ana öldü, ata və iki uşaq yaralandı
19-09-2018, 16:55
Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" kömək üçün müraciət etdi - VİDEO
4-09-2016, 12:21
Qadınların ən çox sevdiyi tatular (FOTO)
26-10-2022, 09:27
"Onu bədbəxt etməmək üçün evlənmirəm" - müğənni Çingiz