Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyadan Azərbaycan və Türkiyəyə tuşlanmış silah – Atəş Qarabağda, səsi Moskvada
Tarix: 11-07-2021 | Saat: 14:42
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var | çapa göndər

İkinci Qarabağ müharibəsinə yekun vuran 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Birgə Bəyanatdan sonra Azərbaycan ərazilərində qalmış erməni separatçıları atəşkəsi demək olar ki, pozmurdular. Bir dəfə Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə qalan Qarabağ separatçılarının yaraqlıları Şuşa istiqamətində havaya atəş açmışdılar. Lakin iyulun 6-da saat 17:50 radələrində terrorçular atəşkəsi pozdular.
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilirdi ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub: “Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz, baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub. Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib”.

Qəribəsi odur ki, Rusiya tərəfi atəşkəs pozuntusunu inkar etdi. Belə ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” bölməsində bəhs edilən, hadisədən 2 saat 10 dəqiqə sonra, yəni Moskva vaxtilə saat 19:00-da yayılmış məlumatda Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş vermiş insidentlə, qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması ilə bağlı heç bir məlumat verilməyib.

Rusiya MN-in Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqda iyulun 6-da Bakı vaxtilə saat 20:00-da yaydığı son məlumatında belə deyilir: “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində vəzifələrini yerinə yetirməkdə davam edir. 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Bütün təmas xətti boyunca atəşkəs rejiminə əməl olunur. Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər”.

Belə çıxır ki, Ağdam istiqamətində erməni silahlıları tərəfindən heç bir atəşkəs pozuntusu baş verməyib. Yaxud baş versə də, Rusiya hərbi kontingentinin komandanlığı bundan xəbər tutmayıb. Halbuki, Rusiya MN-in 6 iyul 2021-ci ildəki sonuncu məlumatında bildirilir: “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, atəşkəs pozuntusundan bir gün sonra Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya səfər etdi. İyulun 7-8-də Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Görüş zamanı Qarabağla bağlı məsələlər müzakirəyə çıxarıldı. Elə həmin gün, iyulun 7-də Azərbaycan Prezidenti İlham Əliyev ölkənin iqtisadi rayonlarının yeni bölgüsü haqqında Fərman imzaladı. Fərmanda yeni iqtisadi rayonların - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması təsdiqləndi.


Xəbəri paylaş

3388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___