Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Xeberaz.Az"-ın məlumatına görə, sərəncamda deyilir:
1. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilsin.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara (bundan sonra – hərbi qulluqçular):
2.1. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir;
2.2. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin əlavəsinin ödənilməsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.3.5.2-ci “Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər” yarımbəndində nəzərdə tutulmuş vəsaitin, növbəti illərdə isə dövlət büdcəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin saxlanılması xərclərində nəzərə alınması hesabına təmin edilir;
2.3. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara onların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış sayına və tərkibinə uyğun olaraq ödənilir.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
4. Bu Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.
DİN-in bu əməkdaşlarının maaşları 50% artırıldı - SƏRƏNCAM
Tarix: 02-07-2021 | Saat: 10:11
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Həftə-Reytinq | çapa göndər
Xəbəri paylaş
4038 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-07-2021 | Saat: 10:11
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Həftə-Reytinq | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
26-06-2015, 11:00
Bərdədə xörək bişirmək istəyən qadın evi partlatdı (FOTO)
31-12-2018, 10:31
Bu gecə metro saat 2-yə qədər işləyəcək
25-10-2016, 10:30
Cənub bölgəsinə qar yağır - FOTO
6-12-2017, 14:02
AFFA-dan daha bir ömürlük cəza
1-01-2016, 15:42
Yeni il gecəsi Abbasov barmağını itirdi
11-11-2016, 16:40
İlham Əliyev sərəncam imzaladı: Bakının əsas dərdi
16-02-2016, 19:10
Deputat Beyləqandakı dəhşətdən danışdı: Bunu ancaq vəhşi edə bilər
19-07-2018, 17:05
Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu
25-03-2015, 12:53
Bakıda 18 yaşlı oğlan özündən 3 yaş böyük qızı zorladı