Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BİNƏQƏDİDƏ SAXTA AKT VƏ Sərəncam hazırlayan kim imiş? Şok təfərrüatlar...
Tarix: 11-06-2021 | Saat: 12:32
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

Binəqədi rayon 1ci korpus 15ci mədən ünvanında Nağıyeva Sevgiyyə Ağamir qızına məxsus 150 kv.m torpaq sahəsində 2017-ci ildə tikilmiş Bakı Apellyasiya Məhkəməsi tərəfindən də təsdiq edilmiş Qətnamədə göstərilən , dəyəri 18min manat olan 2 otaqlı fərdi yaşayış evinə müəmmalı şəkildə son vaxtlar adı bir çox coşagəlməz reketxarakterli işlərdə hallanaraq rezonans doğuraraq cəmiyyətdə çaşqınlıq yaradan,  özünü əlil kimi təqdim edən şəxs Məhəmmədəli Hacıyev basqın şəklində daxil olaraq mənimsəmiş, daha sonra müxtəlif saxta yollarla bu evə dair, guya 2004cü ildə Binəqədi Bələdiyyəsinin sədrinin imzasıyla Akt və Alqı satqı, hətta , Sərəncam adlı sənəd tərtib elətdirmişdir.  Sözügedən evdə isə qeyri-qanuni  olaraq  Allahverdiyeva Vüsalə Teyyub qızı ilə qeyri-rəsmi yaşamışlar. Evin sahibi Sevgiyə Nağıyeva,  rayondan ata evindən  gəldikdən sonra qapısında zamokun sındırılıb  dəyişdirilərək Məhəmmədəli tərəfindən bu qadınla birgə girib yaşadığını görüb mübahisə yaranmış, bu zaman Sevgiyyə Nağıyeva, 102 DİN qaynar xəttə məlumat vermiş, iş hətta Məhəmmədəlinin qeydiyyatda olduğu Göygöl Məhkəməsinəqədər gedib çıxmış, daha sonra qarşı tərəf yəni Vüsalə və Məhəmmədəli Apelyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin Qərarı ilə Məhəmmədəlinin buradan çıxarılması haqda Qətnamə çıxartmışdır.
Hazırda işin icrası aidiyyatı üzrə Rayon İcra Probasiya şöbəsindədir. Belə çıxır ki, Məhəmmədəli , hal hazırda Binəqədi yol kənarındakı qanunsuz küçə ticarətiylə məşğul olmağa görə polis müdaxiləsinə alternativ cavabı olaraq üzərinə tezalışan yanacaq növünü tökərək az ağır yanığ xəsarətilə yandırdığına görə bu probasiya şöbə işçiləri bu Qətnamənin icrasında müəyyən çətinlik çəkirlər. Lakin bu, məsələnin çıxış yolu deyil, Məhəmmədəli və onukimilər , Azərbaycan Respublikası adından çıxarılan Qətnamənin tələblərinə riayət eləməli , dövlət qanunlarına doğru-düzgün,  qeyri-şərtsiz tabe olmalıdırlar.
Ədliyyə naziri Cənab Fikrət Məmmədov, inanırıq ki bu məsələni ciddi nəzarətində saxlayaraq müvafiq köməkliyini edərək, evin əsl sahibi Nağıyeva Sevgiyyə Ağamir qızına qaytarılmasını, eyni zamanda da Saxta yollarla Dövlət orqanlarının adından Akt Sərəncam  və digər sənədlər tərtib edənlərin ifşa olunaraq onların məsuliyyətə cəlb olunmasını həyata keçirəcək.   Foto və videoçarxı sizlərə təqdim edirik:


Xəbəri paylaş

4978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___