Taleh Qaraşovun Tender Oyunları – Vergi Borcu Olan Və Yeni Yaranan Şirkətlərlə Yarım Milyonluq Müqavilə
Tarix: 01-05-2021 | Saat: 06:51
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Araşdırma | çapa göndər
Lənkəran Şəhər İcra Hakimiyyəti “Avalon S” MMC və “EMV Group” MMC ilə ümumi maliyyə dəyəri 502 192.26 AZN təşkil edən müqavilə imzalayıb.
XəbərAl.az xəbər verir ki, “Avalon S” MMC ilə imzalanmış müqavilədə tikinti materiallarının alınması (213 438.4 AZN), “EMV Group” MMC imzalanmış müqavilədə isə Lənkəran şəhərində yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 25 yanvar 2021-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı Şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudadad Məlikaslanov küçəsi, ev 12, mənzil 10-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Gözəlova Ceyran Saleh qızıdır.
Lənkəran Şəhər İcra Hakimiyyəti tikinti materiallarının alınması ilə bağlı tenderi 23 fevral 2021-ci il tarixdə elan edib. Aydın olur ki, “Avalon S” MMC müsabiqəyə qatılanda cəmi 1 ay imiş fəaliyyət göstərirmiş.
“Dövlət satınalmalar haqqında” Qanuna görə, tenderdə iştirak üçün peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığın olması tələb olunur. Yeni yaranan şirkətin bu tələblərə cavab verməsi bir qədər inandırıcı görünmür.
100 min manat nizamnamə kapitalına malik “EMV GROUP” MMC isə 10 iyun 2020-ci il tarixdə yaradılıb. Şirkət yaradılarkən hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev.16 m.13, qanuni təmsilçisi isə Əsgərov Adil Azər oğlu olub.
7 aprel 2021-ci il tarixdə reyestr sənədlərinə edilən dəyişikliklərdən sonra şirkətin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib. İndi MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 54, 11-ci küçəsi, Dalan 4-də yerləşir. Yeni qanuni təmsilçi isə Məmmədov Xalid Nəriman oğludur.
Şirkətin fəaliyyəti ilə bağlı internet resurslarında hər hansı bir məlumat olmasa da, hazırda MMC-nin 8 min 710 manat 82 qəpik vergi borcu var. Satınalmalar haqqında mövcud qanunvericilik vergi öhdəliklərinə əməl etməyən hüquqi və fiziki şəxslərin tenderlərdə iştirak etməsini qadağan edir.
Xəbəri paylaş
4308 dəfə oxunub.
Digər xəbərlər

11-10-2021, 09:38
"Pandemiya tezliklə bitəcək" - ÜST-dən şad XƏBƏR
26-10-2020, 12:54
Düşmən Ağcabədini atəşə tutdu
3-12-2021, 08:39
Azərbaycanda 11-ci sinif şagirdi dəm qazından boğularaq ölüb - VİDEO
12-07-2021, 16:03
Əxlaqsızlıq yuvasında infarkt keçirən 73 yaşlı - Özünə qız seçdi və...
7-07-2018, 14:03
Bakıda tramvay xətləri bərpa oluna bilər
11-11-2019, 13:28
Gəncədə Dajban Nicat “exchange” işçisini öldürdü
10-08-2015, 22:16
Bakıda mənzildə civə həyəcanı
22-12-2021, 09:23
Bakıda məşhur restoran yanır - FOTO/VİDEO
12-11-2016, 17:42
Xəzərdə iki iri liman tikiləcək