Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DALƏT MURADOVDAN BİR ADDIM GERİ-TƏLƏBƏLƏRİN ETİRAZI ÖZ İŞİNİ GÖRDÜ
Tarix: 01-05-2021 | Saat: 05:51
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Təhsil / Aktual | çapa göndər

image here

Xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri rektorun imtahan suallarını verməməklə onlara pandemiya şəraitində problemlər yaratmaq kimi arzusuna qarşı çıxaraq onlayn dərslərəgirməkdən imtina etmişdilər. Bu barədə Ağ Partiyanın sədri Tural Abbaslı isə "Musavat-TV"də canlı çıxış etmişdi, rektorun bu siyasətini sərt qınamışdı.
***
Bu gün Ədalət Muradov dərhal tələbə təşkilatlarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə rektor, professor Ədalət Muradovla yanaşı, onun yaxın dostlarından ADİU İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev və bəzi jurnalistlər iştirak ediblər.
Professor Ədalət Muradov tələbələrin IV modulda imtahanların təşkili ilə bağlı rektorun rəsmi emalinə və facebook səhifəsinə ünvanladıqları, eləcə də tələbə rektor Cavidan Adilzadə, THİK sədri Rüfət Süleymanlı, TGT sədri Əli Əliyev, “UNEC Könüllüləri” Təşkilatının sədri Orxan Vəliyev, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəylinin səsləndirdikləri müraciətləri və sualları çavablandırıb. Rektor ənənəvi imtahanlarda olduğu kimi, tələbələrə qeyri-ixtisas və riyazi fənlərin test suallarının veriləcəyini, ixtisas fənlərinin suallarının isə məxfi saxlanılacağını deyib. Bildirib ki, təkrar imtahanlara görə ödənişlər olmayacaq. İmtahandan əvvəl tələbələrə məsləhət saatları təşkil olunacaq, imtahanlararası müddətin, eləcə də riyazi-statistik imtahanların vaxtının artırılması məsələsinə baxılacaq. İmtahan sualları yalnız sillabuslardakı mövzuları əhatə edəcək, sillabusdan kənar mövzu üzrə sual olarsa apellyasiya qərarı maksimum balla tələbənin xeyrinə həll olacaq.
Bax belə... Tənqiddən nəticə yaxşı haldır. Amma vaxtında olanda...
Səbuhi



Xəbəri paylaş

5018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___