Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadını şəkilləri ilə hədələyib, görüşmək istədi - Polis saxladı
Tarix: 28-04-2021 | Saat: 12:54
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Qadını sosial şəbəkədə şəkillərini yayacağı adı ilə hədələyərək görüş tələb edən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.
 


Xəbəri paylaş

7328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___