Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni sədr Zakir Quliyevi istefaya göndərir - İDDİA
Tarix: 22-04-2021 | Saat: 20:52
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Aktual | çapa göndər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılov müavini Zakir Quliyevlə işləmək istəmir.“Yeni Sözçü” qəzetini məlumatlandıran şəxsin sözlərinə görə, yaxın günlərdə Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi kadr dəyişikliyi baş verəcək.Belə ki, sədr müavinlərinin bəziləri vəzifəsini itirəcək.Bu siyahıda sədr müavini Zakir Quliyevin birinci olacağı gözlənilir.

Xatırlatma: 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.O, 2006-cı ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsinə yüksəlib.

Bundan sonra ,Zakir Quliyev Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə özünün yaxın adamı- Elman Nuriyevi təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib.

Qeyd edək ki,mətbuatın yazdığına görə,Zakir Quliyevin himayə etdiyi idarələrdən biri Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevdir.Müəyyən iddialara görə, Elman Nuriyev əksər qohum-əqrəbasını Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Məsələn,bu barədə Nyus.az yazıb ki, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib.Yəni, bu idarədə çalışanların tam əksəriyyəti rayonun Cavad kəndindəndir.

Saytların yazdığını əsas götürsək bildirilir ki,Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyat hissələrini əksər hallarda rayonun Heydər Əliyev prospektində yerləşən, qardaşına məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdılaşdırılır.Bundan əlavə saytlarda idarəyə verilən yanacağın, sürtgü yağlarının müxtəlif vasitələrlə satılması barədə məlumatlar yayılıb. Bu kimi nümunələr isə Elman Nuriyevin himayə olunmasına dair iddiaları gücləndirir.

Zakir Quliyevə gəlincə onu deyə bilərik ki,mətbuat zamanla sədr müavinini Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən şəxs kimi xarakterizə edib.


Xəbəri paylaş

4338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___