Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mirələmovun rüsvayçı hərəkətinə biabırçı reaksiya
Tarix: 22-04-2021 | Saat: 19:29
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Foto-fakt | çapa göndər

Hüseynbala Mirələmovun – 76 yaşına qədəm qoyan qocanın video əvəzinə səsi bağlayıb, katibəsinin dalını “sığallaması” ilə bağlı yayılan görüntüyə haqq qazandırmaq-zad niyyətim yoxdur. Amma bu görüntünün doğurduğu reaksiya anlaşılmazdır.

Hər şeydən əvvəl mənə maraqlıdır: bu görüntü onlayn iclas zamanı qeydə alınıb, elədirmi? Bəs, onu kim yayıb? Hüseynbala Mirələmovu “vurmaq” istəyən niyə məhz bu kadrdan istifadə edir?
İkincisi: səhih məlumata görə, H.Mirələmovla heç də xoş olmayan videosu yayılan xanım ailəlidir. O videonu yayan şəxs faktiki olaraq gənc bir xanımın taleyi ilə oynamış oldu və bunun sonu heç də yaxşı görünmür.
Üçüncüsü: Doğrudanmı bu video bu qədər böyük əks-səda doğurmalıdır?
Heç nə anlaya bilmirəm. Hüseynbala Mirələmovda əxlaqsızlığı indi “tapanlar” və onu vəzifələrindən qovmağa başlayanlar 33 saylı seçki dairəsinin nəticələri ləğv olunanda hardaydılar? Həmin dairədən deputat seçilmək istəyən Hüseynbala Mirələmov çox ciddi saxtakarlıq və əxlaqsızlığa əl atmışdı. Seçkinin nəticələri ləğv olundu və Hüseynbala Mirələmov mandatsız qaldı.
Seçki saxtakarlığına əl atıb, minlərlə insanın səsini oğurlamaqdır əxlaqsızlıq və bu əxlaqsızlığın ictimai fəsadları dəhşətlidir. Necə ola bilər ki, ağır ictimai-siyasi fəsadları olan əxlaqsızlıq qalır bir kənarda, şəxsi zəmində hansısa əxlaqsız hərəkət bu qədər geniş rezonans doğurur?
Adamın rüşvət alması, vəzifəsindən sui-istifadə etməsi daha dəhşətlidir. Hüseynbala Mirələmov vəzifə daşıya-daşıya bizneslə məşğul olub, ona məxsus restoranda qətl hadisəsi baş verəndə ciddi ölçü götürülməli və ictimaiyyət hərəkətə keçməliydi.
YAP sözçüsü açıqlama verir və Mirələmovun bu addımının mütləq qiymətləndiriləcəyini bildirir.
Əslində isə YAP seçkidə o cür saxtakarlığa yol verən şəxsi Xətai kimi böyük bir rayonda təşkilat sədri saxlayanda narahat olmalıydı. Xalqın səsini oğurlamağa qalxan bir siyasətçinin hansı əxlaqsızlığa imza atmağa qadir olduğu məgər kimə bəlli deyil ki?
Əlbəttə, əxlaq – bütün hallarda şəxsi keyfiyyətdir və mütləq şəkildə insanın siyasi, ictimai, biznes fəaliyyətinə təsir edir. Əgər sən oğrusansa, demək, əxlaqsızsan; əxlaqsız isə hər yerdə əxlaqsızdır – həm ictimai, həm də şəxsi planda.
Guya Hüseynbala Mirələmovun şəxsi planda da əxlaqsız olduğunu kimsə bilmirdi; guya heç kəsin xəbəri yox idi ki, o, siyasi-ictimai həyatda olduğu kimi, şəxsi həyatda da problemli adamdır?
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən indi qovulur Hüseynbala Mirələmov, bu video yayılandan sonra! 76 yaşlı qoca hansı intellektlə, hansı savadla orda çalışırdı? Bu xarabada neft sənayesini yüksək səviyyədə bilən mütəxəssislər azdırmı ki, Hüseynbala Mirələmov o yekəlikdə universitetdə kafedra müdiri idi? Guya universitet rəhbərliyi bilmirdimi ki, ömrü Qaz Emalı Zavodunda direktor, böyük biznes, deputat, aktiv siyasi fəaliyyətdə keçən H.Mirələmovun elmi titullarının hamısı saxtadır? Sən necə yüksək dövlət vəzifəsi daşıya-daşıya elmi araşdırmalar aparıb, professor ola bilərsən?
Elm – fədakarlıq tələb edir, gecə-gündüz düşünməkdir, yazmaqdır. H.Mirələmov haçan yazdı elmi araşdırmalarını? Haçan vaxt etdi? Guya kim bilmir ki, onun elmi titullarının hamısı pulla alınıb?
Yaxud “yaradıcılığı”. İllərdir H.Mirələmovun bədii əsərlərinin müəllifinin özü olmadığı haqda yüzlərlə iddia səsləndirilib. Hamı onun ədəbi istedadının 50 yaşdan sonra fontan vurmasından “şoka” düşmüşdü.
Niyə o vaxt bu məsələlərlə bağlı “əxlaq sistemi” gündəmə gətirilmədi?
Birdəfəlik anlamaq lazımdır ki, minlərlə şəxsin səsini oğurlamağa qalxan şəxs hər əxlaqsızlığa əl atmağa qadirdir və ona hansısa görəv tapşırıla bilməz. Heç olmasa 2020-ci ilin 9 fevral seçkisindən sonra bu qocanı pensiyaya yola salmaq lazım idi.
Pensiya demişkən: bu adam niyə pensiyaya çıxmır ki? Niyə 76 yaşında 5-6 vəzifə daşımaqda davam edir? Hansı göstəricilərinə görə?
H.Mirələmov 76 yaşında bir daha sübut etdi ki, belələri bir ayağı gorda olsa belə, xislətindən əl çəkmir: vəzifə daşımadığı üçün ictimai, qoca olduğu üçün fiziki imkanı ictimai və şəxsi müstəvidə əxlaqsızlıq etməyinə imkan verməsə də (mədəni yazırıq da guya), “əl-ayağı” dayanmır, gözü doymur. Yəni bu adamın ictimai təhlükəlilik əmsalı yalnız Allahın əlindən aldığı fiziki imkanlara görə şifrın altındadır – yoxsa, Allah bilsin nələr edər və yaxud indiyə qədər nələr edibdir!
Belələrini cəmiyyətdən vaxtında, “canı sulu vaxt” rədd eləmək lazım idi, indi çox gecdir.
Onun indiki əxlaqsızlığı artıq “əxlaq bomju” olduğunun göstəricisidir: indi təhlükəli deyil, sadəcə, iyrəncdir..


Xəbəri paylaş

4518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___