Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əliyev “Yerevan”a qayıdacağıq dedi, yoxsa “İrəvan”a?
Tarix: 16-04-2021 | Saat: 00:06
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər

Təxminən 80 il əvvəl artıq sübut olunub ki, dil – yalnız ünsiyyət vasitəsi deyil, təfəkkür tərzidir.

Amma Azərbaycanın rəsmi qurumları bunu bilmir!
Təxminən 80 il bundan öncə sübut olundu ki, dil – yalnız təfəkkür tərzi də deyil, tarixdir!
Amma bizim rəsmi qurumlar yenə də bilmir!
Təxminən 80 il öncə dünya alimləri sübut etdilər ki, dil – həm də coğrafiyadır!
Azərbaycanın heç bir rəsmi qurumu bunu dərk etmir!
Dil – ünsiyyət vasitəsidir, təfəkkür tərzi, tarixdir, coğrafiyadır, insanın formalaşmasına və düşüncəsinə birbaşa təsir edən fövqəladə gücə sahib “silahdır”, milli varlıqdır, milli kimlikdir...
Bir millət – ana dili boydadır, ana dili qədər qədimdir, ana dili qədər coğrafiyadadır.
Ona görə kar samitləri cingiltiliyə keçiririk ki, bu, türk dilləri içərisində Azərbaycan dili üçün xarakterikdir. Çünki kar samitin cingiltili samitə keçməsi üçün dilin ən azı 1500 yaşı olmalıdır.
Başa düşdünüzmü? Məsələn, “tağ/taq” sözü kimi. İndi necə işlədirik? “Dağ” deyirik. Bu o deməkdir ki, əski türkcə mənim dilimin atasıdır və Azərbaycan dilinin tarixi ən azı 1500 ildir!
Və yaxud: İlham Əliyev Moskva şəhərinə “gəlmir”, “gedir”; Bayden Avropaya gəlir, Pekinə isə gedir; Putin Dərbəndə gəlir, Tehrana isə gedir... Bu, dilin coğrafiyasıdır!
Qayıdaq gələk mətləbə...
Prezident İlham Əliyev Zəngəzura, Göyçəyə və İrəvana qayıdacağıq deyir, “Yerevan”a yox! Siz necə hələ də “Yerevan” yaza bilərsiniz?
“Sünikə, Sevana” qayıdacağıq yaza bilərsiniz?
Yox. Bax, ona görə də “Yerevan” yaza bilməzsiniz!
Siz heç Tbilisi də yaza bilməzsiniz. Ona görə yox ki, Tbilisiyə iddia edirik. Çünki düşüncə tərzimiz baxımından bu şəhərin adı Tiflisdir, Tiflis! Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars yazmalısınız!
Nə qədər ki, siz təfəkkür baxımından buna hazır olmayacaqsınız, elə Yerevan da yazacaqsınız. Nə qədər ki, Yerevan yazacaqsınız, biz ora qayıda bilməyəcəyik!
Çünki ilk olaraq dildə - təfəkkürdə, düşüncədə, tarixdə, coğrafiyada – biz ora qayıtmalıyıq!
Bu qədər bəsit!..


Xəbəri paylaş

8938 dəfə oxunub.

Digər xəbərlər
20-11-2017, 10:05 Məhərəmlik çıxdı

bütün xəbərlər
____ Instagram ___