Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan Azərbaycanın sülh təklifinə rədd cavabı verdi - GƏLİŞMƏ
Tarix: 15-04-2021 | Saat: 17:11
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Qarabağdan xəbər var | çapa göndər

Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxış edərkən Ermənistanla mümkün sülh razılaşması barədə danışmış, rəsmi Bakının buna hər zaman hazır olduğunu bildirmişdi.
Ovqat.com-un məlumatına görə, Azərbaycanın bu sülhpərvər təklifinə rəsmi İrəvan rəsmən rədd cavabı verib.

Armenpress.am-ın bu təkliflə bağlı sorğusunu Ermənistanın XİN-nin Mətbuat katibi bu cür cavablandırıb:

Sual: Azərbaycan Prezidenti konfransdakı çıxışında “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda” bildirib ki, Ermənistana sülh müqaviləsi imzalamaq təklif edilib, lakin erməni tərəfdən buna hələ heç bir cavab verilməyib. Bu çərçivədə yaxın vaxtlarda Azərbaycan tərəfi ilə görüşlər gözlənilirmi?

Cavab: “Belə bir görüş planlaşdırılmır. Üstəlik, Azərbaycan rəhbərliyinin antierməni mövqeyi və davranışı, yumşaq desək, Azərbaycan hakimiyyətinin “Artsax”a qarşı başlatdığı təcavüz nəticəsində yaranmış vəziyyətdən çıxış yolu axtararkən konstruktivlik üçün heç bir əsas yoxdur”.

Xatırladaq ki, sözügedən konfransda Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyindən Nigar Gökselin sualını cavablandıran Prezident İlham Əliyev demişdi:

“Biz, hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq. Ermənistanın baş naziri susur, Ermənistanın xarici işlər naziri çox aqressivdir və indi Ermənistan elə vəziyyətdə deyil ki, Azərbaycana qarşı aqressiv olmağı özünə rəva görsün. Onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti hazırda faktiki olaraq isterikadadır və azərbaycanofobiya, türkofobiya onların əsas, - bu, hər zaman çox mühüm olub, - lakin indi zənnimcə, yeganə amilinə çevrilib”.



Xəbəri paylaş

3748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___