Füzulidə işğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz olaraq keçən “VAZ-2106” markalı avtomobilin sürücüsünə növbəti nəzarət postunda “saxla” işarəsi verilmişdir. Sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərmişdir.
Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunmuşdur. Araşdırmalarla sürücü və sərnişinin Beyləqan rayon sakinləri Zamir Əhmədov və əvvəllər məhkum edilmiş Zamiq Fərzəliyev olduğu, onların əlvan metal yığmaq məqsədi ilə həmin ərazilərə keçmələri müəyyən olunmuşdur.
Hal-hazırda faktla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Polisləri yaralayıb azad edilmiş ərazilərə getdilər
Tarix: 12-04-2021 | Saat: 13:23
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
5278 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-04-2021 | Saat: 13:23
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
6-12-2020, 13:23
Şəhid olan əsgərlərin valideynləri azadlığa çıxdı – SİYAHI
17-08-2015, 21:33
Bacısını qoruyan əlil döyüldü- Bakıda
9-09-2016, 22:42
Toyda anasının ölüm xəbərini eşidən sürücü qəza törətdi - VİDEO
31-08-2016, 09:54
"Oğrular" Lənkəranskinin qatillərinə ölüm hökmü çıxardılar
14-04-2017, 16:59
İslamiadada Bakı məktəblərində dərslər təxirə salınacaq?- Rəsmi AÇIQLAMA
18-01-2016, 18:06
Azərbaycanda müəllimlərin maaşları artırıldı
20-09-2016, 09:09
Amerikada polis daha bir qaradərilini öldürdü
15-06-2016, 12:18
Türkiyə: "Rusiyadan nə üzr istəyəcəyik, nə də..."
14-08-2015, 14:14
Prezident generalları işdən çıxardı
5-01-2016, 14:08
Lyudmila evdə ölü tapıldı - Bakıda