"Sizin buradakı fəaliyyətiniz həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var".
"Xeberaz.Az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən deyib.
"Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.
Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim", - Prezident bildirib.
"Hər zaman bizim ürəyimizdə yeriniz var" - İlham Əliyev
Tarix: 10-04-2021 | Saat: 12:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq | çapa göndər
Xəbəri paylaş
3188 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-04-2021 | Saat: 12:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
12-05-2017, 20:34
Mənzillər nə zaman veriləcək?
23-06-2022, 11:30
"Yüksək maaşım var, ancaq gilas ala bilmirəm" - Deputatdan AÇIQLAMA
18-01-2016, 18:51
Azərbaycanda həkimlərin maaşları artırıldı
5-12-2017, 16:53
Bu il Bakıda 9746 nəfər ölüb
2-11-2016, 20:34
Bakıda yollar bağlanır: Füzuli meydanı ləğv olunur - FOTO - SXEM
3-10-2016, 14:03
Bakının mərkəzində evlilik təklifi VİDEO
3-05-2017, 16:09
Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü
14-03-2017, 22:20
Beyonsun hamiləlik tərzi - FOTOLAR
22-05-2015, 22:06
Leyla Əliyeva beynəlxalq mükafata layiq görüldü
19-04-2017, 10:34
Türk müğənnisindən azərbaycanlı prodüserə təklif gəldi - FOTO