Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulmasına səbəb olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xırdalan şəhəridə yerləşən şadlıq evlərindən birində profilaktiki tədbir keçirilən zaman polislər obyektin icarədarı Ceyran Məmmədova və restoranın inzibatçısı Nazir Cəlilovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib.
Polislər tərəfindən obyektin icarədarı, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Onlarla profilaktiki söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.
Ümumilikdə toyda iştirak edən 38 nəfər, eləcə də obyektin inzibatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar 200 manat məbləğində cərimələniblər.
Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbəri isə 5000 manat miqdarında cərimə olunub.
Sözügedən restoran "Bənövşə" restoranıdır.
Xırdalanda bu şadlıq sarayında toy keçirildi - 38 nəfər cərimələndi (VİDEO)
Tarix: 09-04-2021 | Saat: 10:03
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Həftə-Reytinq | çapa göndər
Xəbəri paylaş
4338 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-04-2021 | Saat: 10:03
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Həftə-Reytinq | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
11-10-2015, 14:30
Azərbaycanlı nazirlər hansı təhsil müəssələrini bitiriblər? - SİYAHI
7-04-2015, 15:45
Bərdədə polisləri vurub əzdilər
28-07-2018, 11:30
Sedokova Bakıda geyimi ilə diqqət mərkəzində - Fotolar
10-03-2017, 14:19
Azərbaycanlı siyasətçi MHP-dən qovuldu
17-12-2016, 10:44
13 yaşlı məktəbli faciəvi şəkildə öldü - BAKIDA
23-10-2019, 14:48
Texniki baxışla bağlı VACİB MƏLUMAT
15-02-2017, 11:48
Azərbaycanda 10 tibb müəssisəsi ləğv olunub - SİYAHI
9-07-2016, 17:11
“Qızıl top”a namizədlər açıqlandı
27-03-2016, 16:18
Sevda Kazımovanın oğlu nişanlandı.