Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı “İsgəndər”in dəmir yığını və zibil olduğunu desəydi...
Tarix: 07-04-2021 | Saat: 13:26
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var | çapa göndər



Ötən gün Rusiya gömrük əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması barədə rus mediasının yaydığı məlumat növbəti informasiya oyunudur və çox primitiv hazırlanıb. Görünür, daha önəmli qeyri-qanuni silah ticarəti ilə bağlı məlumat yaymağa ehtiyat ediblər və yaxud bu “qanunsuz ticarət” informasiyası ilə Azərbaycan ictimaiyyətinin nəbzini yoxlayırlar.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. O bildirib ki, bir neçə gün öncə də qeyri-rəsmi mənbələr İsgəndər-M kompleksinin Rusiyanın Cənub Hərb Dairəsi tərəfindən qeyri-leqal şəkildə Ermənistana ötürüldüyü haqda mediaya “daha əsaslandırılmış” – qaimələr, gizli köçürmələr və s. ilə bağlı məlumat ötürmüşdü:
“Bu informasiyanın dövriyyəyə buraxılması Rusiyanın Azərbaycandakı imicini sanki qorumaq cəhdi idi. Bu qeyri-rəsmi informasiyanın ardınca “stabilizator daşınmasının” qarşısının alınması ilə bağlı məlumat informasiya manipulyasiyasında “ardıcıllığın” qorunmasına xidmət edir. Bu baxımdan sabah hansısa erməni şəbəkənin silah alveri üstündə saxlanıldığı haqda məlumat da yayıla bilər. Məqsəd bəllidir: Rusiyanın bəlli dairələri bu informasiyalarla ANAMA-nın Şuşada tapdığı və bütün dünyaya təqdim etdiyi İsgəndər-M raketlərinin qalıqlarının ora necə düşməsinə dolayı yolla “cavab verməyə” çalışır”.
Politoloq qeyd edib ki, əslində “stabilizator” ifşası Rusiyanın əleyhinədir:
“Əgər Rusiya gömrük orqanları hərbi məqsədlər üçün istifadəsi mümkün olan hansısa “stabilizatorun detalını” çamadanların içindən tapıb çıxara və bunun qarşısını ala bilirsə, onda İsgəndər-M kompleksinin və bu kompelksə aid raketlərin Ermənistana gizli ötürülməsinin heç cür mümkün olmadığı anlamına gəlir. Yəni necə ola bilər ki, erməni diaspor nümayəndələri stabilizatorun hissəsini gömrükdən keçirə bilmir, ancaq İsgəndər-M kompleksi və raketlərinin Ermənistana ötürülməsinə nail ola bilir?”
Aynur Camalqızının sözlərinə görə, müharibə zamanı Rusiyadan Ermənistana 500 ton hərbi yük daşınması barədə məlumat artıq sübut olunub:
“Çünki hərbi yük daşıyan təyyarələrin marşrutu elan edilmişdi və bunu Prezident İlham Əliyev də gündəmə gətirdi. Xatırlayırsınızsa, həmin yüklərin daşınması üçün Gürcüstan hava məkanından istifadəyə icazə verməmişdi və o təyyarələr İran üzərindən keçməyə məcbur olmuşdu. Bu, hələ təsdiq olunan hərbi yükdür. Amma bu rəqəm də kifayət qədər ciddidir. Nəzərə alın ki, İsgəndər-M-in Şuşada tapılan raketi 9M723-ün ümumi çəkisi 3.8 ton, başlığı isə 480 kq-dır. Kim zəmanət verə bilər ki, həmin təyyarələrlə məhz “İsgəndər” və yaxud Azərbaycanın mülki əhalisinə qarşı istifadə edilən Toçka-U, “Smerç” raketləri daşınmayıb? Bunu ona görə xatırladıram ki, “İsgəndər”in məhz “M” modifikasiyası üçün nəzərdə tutulan raketin müharibə zamanı Ermənistana verildiyi ehtimalı həddən artıq çoxdur”.
Ermənistanın Baş Qərargahı rəisi Movses Akopyanın 19 noyabr 2020-ci ildə Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə edildiyini rəsmən bildirməsi, keçmiş prezident Serj Sərkisyanın isə 2021-ci ilin fevralında verdiyi müsahibədə onda müharibənin sonlarında “İsgəndər”dən Şuşa istiqamətində istifadə edilməsi barədə təkzibedilməz sübutlar olduğunu açıqlamasına diqqət çəkən Aynur Camalqızı qeyd edib ki, Rusiya bu açıqlamaların demək olar ki, heç birinə ciddi reaksiya vermədi:
“Yalnız Baş nazir Nikol Paşinyan “İsgəndər”lərin tətbiq edildiyini, ancaq 90 faizinin partlamadığını deyəndən sonra Rusiyanın inanılmaz aqressiyası ilə total reaksiyasını müşahidə etdik. Yüksək çinli məmurlardan tutmuş deputatlara, generallara qədər, Paşinyana qarşı ağır ifadələr işlətdilər və onu təkzib verməyə məcbur etdilər. Maraqlıdır, niyə “İsgəndər”in tətbiq edildiyi haqda informasiyalar Rusiya tərəfdən bu qədər aqressiv qarşılanmamışdı?
Rusiyanın beynəlxalq öhdəliyi var və bu öhdəliyə görə, mənzili 300 km-dan çox olan kompleks və raketlərin satışı qadağandır. Yəni Rusiyanın Ermənistana İsgəndər-M verdiyi təsdiqlənəcəyi halda beynəlxalq öhdəliyi pozduğu, beynəlxalq qanunlara uymadığı üzə çıxacaq. “İsgəndər” haqda Paşinanın dediyi sözlər isə Rusiyanın silah ticarətinə ağır zərbə sayılırdı. Belə çıxır ki, Rusiya beynəlxalq imici və öhdəliyi haqda düşünmür də, əsas məsələ hərbi texnikasının qüdrətinə toz qondurmamaqdır. Əgər ANAMA da “İsgəndər” raketinin deyilən səviyyədə effektiv olmadığı, hədəfi dəqiq vurmadığı, dəmir-dümür yığını olduğu haqda nəsə bir açıqlama versə, yalnız onda Rusiya rəsmi cavab verəcək?”
Politoloq bu məsələnin beynəlxalq ekspertlər tərəfindən də müzakirə edildiyini diqqətə çatdırıb:
“Rusiyalı ekspertlər Azərbaycan Hərbi Prokurorluğunun Rusiya Hərbi Prokurorluğuna sorğu verərək, hərbi mənbələrdən sözügedən seriyalı raketin istehsal tarixindən yerləşdirildiyi məkana qədər, hər bir detalı öyrənmək imkanı olduğunu bildirir. Əlbəttə, biz Hərbi Prokurorluğun bu barədə hər hansı addım atıb-atmadığını bilmirik. Ancaq maraqlıdır, az qala dünya mediasının gündəminə çevrilən bu məsələ ilə bağlı dəqiq məlumatı Rusiya niyə təqdim etmir? Niyə informasiya manipulyasiyası, qeyri-rəsmi mənbələr, “stabilizator hissələri” oyunu oynayır?”
Politoloq deyib ki, açıq suallar həddən artıq çoxdur və bütün məsuliyyət Rusiyanın üzərinə düşür:
“Azərbaycan bütün göstəricilərə görə “İsgəndər”lə eyni olan, yalnız məsafəsinə görə İsgəndər-E-yə deyil, İsgəndər-M-ə uduzan “Polonez”lərdən Vətən müharibəsində istifadə etmədi. Halbuki bu sistemlərdən istifadə qadağası yoxdur və Azərbaycan da bu sistemləri beynəlxalq hüquqa uyğun olaraq, pulunu verərək əldə edib. Hətta İsgəndər-M ilə Bakının hədəf alındığı, İsrailin istehsalı olan, Ordumuzun arsenalındakı “Barak”larla havada məhv edildiyi haqda Britaniya mediası hərbi mənbələrə istinadla məlumat yaymışdı. Bu barədə də Rusiyanın hərbi dairələrinin cavabı yoxdur.
Rusiyanın ikitərəfli əməkdaşlığa uyğun təşəbbüslərini də görmürük. Halbuki doğrudan da İsgəndər-M-i İrəvan Cənub Hərbi Dairəsindən gizli şəkildə, Rusiyanın hərbi-siyasi rəhbərliyinin “xəbəri olmadan” əldə edibsə və erməni lobbisi guya xəsislik edib, daha ucuz başlıq alıbsa (Şuşada dağıdıcılığın daha zəif olmasına görə), onda Moskva birgə araşdırma təklif edə və mütəxəssislərini Bakıya göndərə bilərdi. Bu təşəbbüslər yoxdursa, əvəzində Rusiya müdafiə nazirinin müavini Ermənistandan keçməklə Azərbaycanın Qarabağ bölgəsinə gəlib, rus sülhməramlıları üçün modul şəhərcik açırsa, Qarabağda ermənilərin məskunlaşması üçün külli miqdarda vəsaiti göyə sovurursa, burda başqa məqamlar axtarmaq lazım gəlir”.




Xəbəri paylaş

5648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___