Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alındı - FOTO
Tarix: 29-03-2021 | Saat: 10:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Şou-Biznes | çapa göndər

Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun İbrahimhacılı kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 31 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.
Davam etdirilən tədbirlərlə rayon ərazisində də karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi aşkar edilib. RPŞ əməkdaşları dərhal həmin yerə gələrək mərasim iştirakçılarının qanunla müəyyən edilmiş qaydada RPŞ-yə gətirib. Mərasim iştirakçıları barədə inzibati tədbir görülüb.
Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar edilib. RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.
828 dəfə oxunub.
Digər xəbərlər

5-01-2017, 15:48
Latviya prezidenti Bakıya gəlir
27-11-2015, 16:28
Davudoğlu da Bakıya gəlir
21-06-2015, 13:52
Yene çoxmərtəbəli binada yanğın
3-09-2015, 17:32
Mikayıl Cabbarov: müəllim olmaq istəyənlərə xoş xəbər
4-01-2018, 11:30
"İllər öncə bu layihə gündəmə gələndə bir çox ölkə bunu ciddiyə almamışdı, amma..."
7-01-2019, 14:14
Ombudsmanın nümayəndələri Mehman Hüseynova baş çəkdilər
1-08-2016, 15:54
WhatsApp istifadəçilərinə BƏD XƏBƏR - FOTO
5-04-2016, 00:30
Bürclər - 5 aprel
28-03-2015, 17:52
Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri ilə ortaq gəmiçilik biznesinə malik olan milyarder Mübariz Mənsimovun şirkəti
3-04-2016, 19:35
Talış kəndindəki yüksəklik geri verilməyib - MN