Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Myanmada bu gün öldürülənlərin sayı 100 nəfərə çatdı - Yenilənib
Tarix: 28-03-2021 | Saat: 08:38
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya | çapa göndər

Myanmada bu gün öldürülənlərin sayı 100 nəfərə çatdıMyanma təhlükəsizlik qüvvələrinin hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına etiraz nümayişlərinə silahlı müdaxiləsi nəticəsində ən az 16 nəfər ölüb.
“Xeberaz.Az” xəbər verir ki, bu gün Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində təşkil edilən nümayişə müdaxilə edən ordu kütləyə atəş açıb. Nəticədə ən az 16 nəfərin həlak olduğu qeyd edilib.
Bununla da, təhlükəsizlik qüvvələrinin Myanmadakı etiraz aksiyalarına müdaxiləsi nəticəsində bu günə qədər həyatını itirənlərin sayı 344-ə çatıb.
Qeyd edək ki, Myanma ordusu ötən ilin noyabrında keçirilən seçkilərdə saxtakarlıq və ölkədəki siyasi gərginliyin artmasından sonra fevralın 1-də rəhbərliyi ələ keçirib.
Ordu ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Çii da daxil olmaqla bir çox məmuru və hakim partiya liderini nəzarətə götürüb və bir il boyunca fövqəladə vəziyyət elan edib.
Myanma xalqı demokratiyaya qayıtmağı tələb edərək fevralın 6-dan nümayişlərə başlayıb. 
Ölkədə genişmiqyaslı nümayişlər davam edərkən həbsdə olan yüksək vəzifəli dövlət məmurları hərbi məhkəmədə mühakimə olunur.
***
Myanmada nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşma nəticəsində ölənlərin sayı 100-ə çatıb.
Bu barədə "Anadolu" agentliyi xəbər verib. 


Xəbəri paylaş

3558 dəfə oxunub.

Digər xəbərlər
24-01-2019, 16:42 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___