Qazaxdan Ermənistana dəmir yolu açılır? - Çobanyan
Tarix: 27-03-2021 | Saat: 22:50
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər
Azərbaycanla dəmir yolu əlaqəsinin açılması məsələsi müzakirə mərhələsindədir.
"Xeberaz.Az" xəbər verir ki, bunu Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan deyib.
“Bu istiqamətdə əlbəttə ki, müzakirələr var. Mənim fikrimcə, bu, Ermənistanın yaxın illərdə iqtisadi inkişafı üçün imkanlardan biridir”, - Çovanyan bildirib.
Onun sözlərinə görə, müzakirələrin indiki mərhələsində infrastruktura diqqət yetirilir. Onların arasında Tavuş vilayətindən keçəcək Razdan-Qazax dəmir yolu var:
“Hazırda bu istiqamətin açılması ilə bağlı heç bir qərar yoxdur. Məsələ müzakirə mərhələsindədir və bu an heç bir qərar barədə danışa bilmərik”.
Çobanyan həmçinin qeyd edib ki, nəqliyyat əlaqəsinin açılması Yuxarı Lars yolunun dəmir yolu alternativi olacaq. Bundan başqa, İrəvandan Gürcüstana, o cümlədən Poti limanına yol daha da qısalacaq:
“Ümumiyyətlə logistika məsələsi Ermənistan iqtisadiyyatında ən problemli məsələlərdən biridir. Bu barədə çox şey söylənilib. Bu layihə Ermənistanın logistik statusunu dəyişdirərsə, ölkə iqtisadiyyatının bütün sahələrinə birbaşa və ya dolayı təsiri hiss edəcək”, - Çobanyan bildirib.
Qeyd edək ki, martın 24-də Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan və Ermənistanın Rusiyanın vasitəçiliyi ilə sovet dövründə mövcud olan bütün kommunikasiya əlaqələrinin yenidən bərpa olunması məsələsini müzakirə etdiklərini bildirmişdi.
Xəbəri paylaş
4478 dəfə oxunub.
Digər xəbərlər

26-11-2016, 16:04
Bakıda 2 qadın xəstəxanaya düşdü, dindirə bilmədilər
17-08-2015, 20:27
Həştərxanlı analar Azərbaycanın birinci xanımına təşəkkür etdilər
9-06-2016, 13:24
İnternatda uşaqları kim zorlayıb…
1-05-2019, 18:34
Putindən Kiyevə ağır zərbə: - Qanun imzaland
21-10-2017, 11:52
Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”
19-07-2018, 17:08
Bakıda yolu çökdürən zirzəmi sökülür - Foto
28-05-2019, 19:36
Saakaşviliyə Ukrayna vətəndaşlığı qaytarıldı
9-01-2017, 22:47
Ana azyaşlı əkiz qızlarını zəhərləyib özünü də asdı - FOTO