ABŞ dolları Azərbaycanda da bahalaşacaqmı? - GƏLİŞMƏ
Tarix: 23-03-2021 | Saat: 15:44
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi, Türkiyə Mərkəzi Bankının sədrinin istefaya göndərilməsindən sonra ilk birja günündə türk lirəsi dollar qarşısında kəskin ucuzlaşıb.
Dolların məzənnəsi 16%-dən çox bahalaşaraq 7,2 lirədən 8,49 lirəyə yüksəlib. Daha sonra dolların məzənnəsi 8,04 lirəyə enib. Avro ilə bağlı da oxşar proses baş verib. Birjada ticarət başlayan kimi avro 9,74 lirəyə yüksəlib, daha sonra 9,22 lirəyə enib.
Maraqlıdır, Azərbaycanda da dolların bahalaşması gözlənilirmi?
Bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında qeyd edib ki, Türkiyədə dolların bahalaşmasının Azərbaycana birbaşa təsiri olmayacaq:
"Azərbaycanda məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Amma Türkiyədə baş verən hadisələrin istər-istəməz, psixoloji olsa da, ölkəmizə müəyyən dərəcədə təsirləri olacaq, yəni iqtisadiyyatımızda basqılar yaradacaq. Ən azından Türkiyə məhsullarının Azərbaycana gətirilməsi ilə bağlı müəyyən dərəcədə qiymətlərin dəyişməsinin şahidi olacağıq”.
İqtisadçı məsələnin pozitiv tərəfindən də söz açıb: "Türkiyə məhsullarının Azərbaycan bazarında ucuzlaşmasını gözləmək olar. Amma həmişə Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan kimi qonşu ölkələrdə milli valyutalar dəyərdən düşəndə Azərbaycan manatına da psixoloji təzyiqlər artır”.
Xəbəri paylaş
7378 dəfə oxunub.
Digər xəbərlər

30-09-2016, 00:50
Son bir ayda İŞİD-in 18 lideri məhv edilib
13-12-2015, 23:16
Ailə qurduqdan sonra şou-bizneslə vidalaşan- Xuraman Şuşalı
15-03-2023, 20:21
Kimlərə oruc tutmaq olmaz?
24-05-2018, 09:25
Abşeronda sürücü avtomobilindəki qadına baxan kişini bıçaqlayıb.
14-09-2016, 15:06
100 il yaşmağın SİRRİ
31-03-2017, 17:50
Kahının inanılmaz faydaları
16-01-2017, 12:23
Yanvarın 20-də bu yollar bağlanacaq - Siyahı
14-06-2015, 16:36
"Qradana" İsrafilovu heyətində saхlamaqdan imtina edib.
9-04-2016, 13:53
Lavrov Türkiyəyə gedir